Departament haqqında

İdarənin əsas vəzifəsi aşağıdakılardır:

  • Strateji məhkəmə icraatı planının tərtib edilməsi və vaxtaşırı yenilənməsi;
  • Gürcüstan Konstitusiya Məhkəməsi qarşısında strateji məhkəmə prosesi;

İdarənin funksiyaları aşağıdakılardır:

  • Strateji məhkəmə planının tərtib edilməsi və vaxtaşırı yenilənməsi;
  • Strateji məhkəmə planının hazırlanması məqsədi ilə Gürcüstan Xalq Müdafiəçisi Aparatının struktur bölmələri ilə daimi əlaqə və vaxtaşırı görüşlər;
  • Gürcüstan Xalq Müdafiəçisi / Gürcüstan Xalq Müdafiəçisinin müavini üçün strateji məhkəmə planının icrası barədə hesabat hazırlanması;
  • Gürcüstan Xalq Müdafiəçisi haqqında Gürcüstanın orqanik qanununun 17-ci maddəsinin birinci bəndinə əsasən, Gürcüstan Xalq Müdafiəçisi Konstitusiya Məhkəməsinə müraciət (həm şikayət, həm də məhkəmə dostu düşüncəsi) (amicus curiae)) məqbulluğuna görə və onun vaxtaşırı baxılması üçün əsasları müəyyənləşdirir (Gürcüstan Konstitusiyasının 60-cı maddəsinin 4-cü bəndinin "a" və "t" yarımbəndləri ilə əlaqəli);
  • Gürcüstan Konstitusiyasının 60-cı maddəsinin 4-cü bəndinin “t” yarımbəndində nəzərdə tutulmuş səlahiyyətlərə, vətəndaşlara və maraqlı şəxslərə bu səlahiyyətlərin həyata keçirilməsinə dair praktik məlumat verəcək təlimatların hazırlanması;
  • Konstitusiyanın 60-cı maddəsinin 4-cü bəndinin “a” yarımbəndi əsasında strateji məhkəmə yolu ilə Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət etmək;
  • Konstitusiya Məhkəməsinə edilən müraciətlə əlaqədar fərdi ərizə / şikayətlərə baxılması;
  • Konstitusiyanın 60-cı maddəsinin 4-cü bəndinin “a” yarımbəndi əsasında fərdi müraciət əsasında (uyğunluq meyarlarını nəzərə alaraq) Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət;
  • Gürcüstan Konstitusiyasının 60-cı maddəsinin 4-cü bəndinin "d" yarımbəndinə əsasən və Xalq Müdafiəçisi mövqeyinin təqdim edilməsinə əsasən, orqanlar arasındakı səlahiyyətlərə dair iddia ilə Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət etmək;
  • Gürcüstan Konstitusiyasının 60-cı maddəsinin 4-cü bəndinin “t” bəndinə əsasən referendumun və ya seçki tənzimləmə normasının və bu norma əsasında keçiriləcək və ya keçirilmiş referendum və ya seçkilərin konstitusiyaya uyğunluğuna dair (uyğunluq meyarları nəzərə alınmaqla) Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət etmək;
  • Məhkəmə dostunun (amicus curiae) Gürcüstan Konstitusiya Məhkəməsinə Xalq Müdafiəçi tərəfindən göndərilən iş üzrə rəyini təqdim etmək (həm strateji məhkəmə işləri çərçivəsində, həm də fərdi müraciət əsasında);
  • Gürcüstan Konstitusiya Məhkəməsinin iclasında iştirak etmək və Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq Xalq Müdafiəçisinin mövqeyini təqdim etmək;
  • Gürcüstan Konstitusiya Məhkəməsinin illik məhkəmə praktikasının ümumiləşdirilməsi və tematik struktur bölmələrə təqdim edilməsi;
  • Mövzu, konstitusiya məhkəməsinə aid olduqda və baxılan mövzu başqa bir tematik struktur vahidliyinin səlahiyyətinə daxil olmadıqda, ehtiyyac olduğu halda məhkəmə dostu rəyi ilə umumi məhkəməyə müraciyət etmək.
  • Konstitusiya Məhkəməsi gedişatı ilə bağlı iclaslarda / müzakirələrdə Xalq Müdafiəçisi Aparatının adından iştirak etmək;
  • Xalq Müdafiəçisi iddiası əsasında Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmiş normativ aktın əvəzində qəbul ediləcək (sözügedən aşma norması) bir normanın hazırlanması prosesinə cəlb edilməsi;
  • İdarənnin fəaliyyətinin xüsusiyyətlərindən irəli gələn digər funksiyaları yerinə yetmək.
iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)