Yeni xəbərlər

Xalq müdafiəçisinin Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Gürcüstanın Dövlət Naziri ilə görüşü

17 sentyabr 2020-ci il tarixində Gürcüstanın xalq müdafiəçisi Nino Lomcaria Barış və Vətəndaş Bərabərliyi üzrə Gürcüstan Dövlət Naziri Tea Axvlediani ilə görüşdü.

İclasda xalq müdafiəçisi, işğal olunmuş ərazilərdə və işğal xətti boyunca yaşayan şəxslərin hüquqi vəziyyətinə və onların qarşılaşdıqları əsas problemlərə xüsusi diqqət yetirdi. Nino Lomcaria, işğal olunmuş ərazilərdə insan hüquqlarının qorunması üçün mövcud və ya yeni format və imkanlardan maksimum istifadə edilməsinin vacibliyini və bu istiqamətdə birgə əməkdaşlığın gücləndirilməsinin vurğuladı.

İclasda, həmçinin etnik azlıqların nümayindələrnin üzləşdiyi çətinliklər və Gürcüstanda bərabərlik vəziyyəti müzakirə edildi; Gənclərin və vətəndaş cəmiyyətinin inteqrasiya prosesinə daha da geniş və fəal cəlb olunmasının vacibliyini vurğuladı.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)