Yeni xəbərlər

Xalq müdafiəçisi, Vürttemberqdəki Lüteran Kilsəsinin yepiskopu ilə görüşdü

19 sentyabr 2020-ci il tarixində Gürcüstanın xalq müdafiəçisi Nino Lomcaria və xalq müdafiəçisi müavini Yekaterine Sxiladze, Gürcüstanda səfərdə olan Vürttemberqdəki Lüteran Kilsəsinin yepiskopu və Alman Lüteran Kilsələri Birliyinin Başçısı Frank Yul ilə görüşdülər.

İclasda Nino Lomcaria, yepiskopos və ətrafındakıları xalq müdafiəçisinin mandatı, habelə Xalq Müdafiəçisi yanında Tolerantlıq Mərkəzinin fəaliyyəti və dini konfessiyaların iştirak məsələləri barədə məlumatlandırdı. Qonaq ölkədəki din azadlığının vəziyyəti ilə maraqlandı. Xalq müdafiəçisi, illər ərzində hazırladığı və Parlament hesabatlarında əks olunan tövsiyələri nəzərdən keçirdi və Gürcüstanda fəaliyyət göstərən dini təşkilatların bərabərlik baxımından qarşılaşdığı çətinliklərdən danışdı.

Vürttemberqdəki Lüteran Kilsəsi ilə Gürcüstan Lüteran Kilsəsi arasında illərdir dostluq və işbirliyi münasibətləri mövcuddur, çünki Gürcüstanda 23 alman məskənləri və Lüteran kilsələri quran Şvab miqrantları məhs Vürttemberq torpaqlarından gəlmişlər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)