Yeni xəbərlər

Gürcüstan Baş Prokuroru ilə görüş

3 sentyabr 2020-ci il tarixində Gürcüstanın xalq müdafiəçisi Nino Lomcaria Gürcüstan Baş Prokuroru İrakli Şotadze ilə görüşdü. Tərəflər ictimai maraq doğuran bir neçə məsələni və prokurorluqla əməkdaşlıq planlarını müzakirə etdilər.

Xalq mMüdafiəçisinin sual verdiyi əsas mövzu, gənc proqramçı Tamar Baçaliaşvilinin ölümü ilə bağlı davam edən istintaq idi. Nino Lomcaria, istintaq təşkilatının ölümün hansı versiyaları üzərində işlədiyini soruşdu

"Peykdən çəkilən şəkillərin qəbul edilməsinin mümkünlüyü barədə danışdıq və mənə məlumat verildiyi kimi, onları əldə etmək üçün aktiv iş başladı. Amerika Birləşmiş Ştatların Federal Təhqiqat Bürosuna gəldikdə, prokurorlar büronun öz səlahiyyətləri daxilində başqa bir ölkənin istintaqına müdaxilə etməkdən imtina etdiyini söylədi. İclasda Baş Prokurorluq,beynəlxalq hüquqi yardım çərçivəsində,müvafiq xarici təşkilatlara bir sıra sorğu göndərdiyini də qeyd, etdi.

Bu mərhələdə mövqeyimi bildirə bilməyəcəm və vəkillə birlikdə iş materialları ilə tanış olana qədər istintaqı qiymətləndirməyəcəyəm,” - deyə Nino Lomcaria iclasdan sonra dedi.

Nino Lomcaria və İrakli Şotadze, həmçinin Qiorqi Şakaraşvilinin öldürülməsi, 20-21 iyun 2019-cu il tarixli mitinqin dağıdılması haqqında aparılan istintaqlardan və xalq müdafiəçisinin verdiyi tövsiyələrin icrası ilə bağlı məsələlər haqqında bəhs etdilər.

İclasda xalq müdafiəçisi Prezidentin 2019-cu ildə əfv işi ilə bağlı başlatdığı istintaq materiallarına giriş istədi.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)