Statistika bölməsi

Statistika İdarəsi haqqında

Statistika idarəsi ikinci dərəcəli struktur vahidliyi kimi analitik departamentə daxil edilmişdir. Departament, Gürcüstan Xalq Müdafiəçisi Aparatı öz funksiyalarını yerinə yetirərkən Gürcüstan Xalq Müdafiəçisi adından fəaliyyət göstərən ikinci dərəcəli bir vahididir. Statistika departamenti qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq rəsmi nəzarəti həyata keçirən Analitik Departamentin müdirinə, Xalq Müdafiəçisinə və Xalq müdafiəçinin müavininə hesabat verməlidir.

Bölmənin funksiyaları:

  • Daxili statistik məlumatların toplanması və istehsalı, xarici statistik məlumatların mütəmadi olaraq toplanması, çeşidlənməsi və müvafiq işçilərlə bölüşdürülməsi, həmçinin Xalq Müdafiəçisi tərəfindən verilən tövsiyyələrin icrası üçün büdcə nəzarəti;
  • Daxili statistik məlumatların işlənməsi metodologiyasını hazırlamaq və vaxtaşırı yenilənməsi (coğrafi, məzmun, tematik, hüquqi və digər komponentləri əks etdirməlidir);
  • Daxili statistik məlumatların işlənməsi metodologiyası sənədinə əsasən, Xalq Müdafiəçisi Aparatının müvafiq statistik məlumatlarının qəbulu, çeşidlənməsi və işlənməsi və elektron platforma vasitəsi ilə Xalq Müdafiəçisi Aparatının işçilərinə təqdim edilməsi;
  • Mövcud daxili sənədlərin, tövsiyələrin və digər daxili və xarici sənədlərin Xalq Müdafiəçisi Aparatının digər struktur vahidliklıri üçün əlçatan olacaq birləşmiş sistemdə yerləşdirilmə Habelə bu bazanın mükəmməl inkişafı;
  • Ümumiləşdirilmiş daxili statistik məlumatların rüblük təhlili;
  • Daxili istehlak üçün vaxtaşırı ehtiyac olduqda və ya müvafiq dövlət / beynəlxalq qurumlara təqdim etmək üçün statistik hesabatların hazırlanması;
  • Xalq Müdafiəçisi Aaparatının müxtəlif struktur vahidliklıri ilə əlaqəli statistik məlumatların işlənməsi metodologiyası haqqında sənədin yaradılması və vaxtaşırı yenilənməsi, habelə Xalq Müdafiəçisi Aparatının müxtəlif tematik departamentlər üçün vacib statistik məlumatların istənilməsi, toplanması, çeşidlənməsi, çeşidlənməsi və bölüşdürülməsi;
  • Gürcüstan Xalq Müdafiəçisinin illik və xüsusi hesabatında verilmiş tövsiyələrin icrası üçün Gürcüstanın dövlət büdcəsi / büdcə layihəsinin (və müşayiət edən sənədlər) təhlil edilməsi, dövlət qurumları ilə əlaqə qurmaq və Gürcüstanın Xalq Müdafiəçisi Aparatını işçi heyəti ilə əlaqələndirmək; Gürcüstan Parlamentinin qərarında əks olunan tövsiyələrin həyata keçirilməsi üçün (müvafiq maliyyənin əlavə ayrılması lazım olduqda) Gürcüstan Maliyyə Nazirliyi ilə iş formatının təşkili;
iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)