Yeniliklər

Uşaqların Beynəlxalq Müdafiəsi Günü - Uşaqların Səsləri Önəmlidir

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün dünya miqyasında uşaq hüquqlarının vacibliyini vurğulamağa, uşaqlar üçün təhlükəsiz mühitin yaradılmasında, onların inkişafının təşviqində və rifahının təmin edilməsində dövlətin, cəmiyyətin və hər bir fərdin məsuliyyətini vurğulamağa xidmət edir.

Bu gün münasibəti ilə mayın 29-da Qoridə Gürcüstanın Xalq Müdafiəçisi Aparatının təşkilatçılığı ilə Aİ-nin “Gürcüstanın Xalq Müdafiəçilərinə Dəstək” layihəsi çərçivəsində, habelə dövlət qurumları, Qori Bələdiyyəsi meriyasının və yerli vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə “Uşaqların səsi önəmlidir” adlı tədbir keçirilib.

Tədbirin məqsədi yerli azyaşlıları uşaq hüquqları ilə bağlı məlumatlandırmaq, onların fikirlərini dinləmək və onların iştirakını təşviq etməkdir.

Xalq Müdafiəçisi Aparatının əməkdaşları və dəvət olunmuş ekspert uşaqlarla fikir ifadəsi, bərabərlik, emosional rifah, təhlükəsiz mühitdə yaşamaq, polislə əlaqələr, insan hüquqlarının maarifləndirilməsinin əhəmiyyəti və s. kimi mühüm mövzuları müzakirə ediblər.

Gürcüstanın Xalq Müdafiəçisi uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, bildirdikləri fikirlərə görə tədbirin bütün iştirakçılarına təşəkkür edir və vurğulayır ki, uşaqlarla bağlı hər bir qərarın əsasında uşaqları dinləmək və onların ehtiyaclarını nəzərə almaq lazımdır.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)