İctimaiyyətlə əlaqələr və tədbirlərin idarə edilməsi idarəsi
İdarə Gürcüstanın Xalq Müdafiəçisi Aparatının birinci dərəcəli struktur vashidliyidir. İdarə öz funksiyalarını yerinə yetirərkən Gürcüstan Xalq Müdafiəçisi adından fəaliyyət göstərir. İdarə qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq rəsmi nəzarəti həyata keçirən Gürcüstan Xalq Müdafiəçisi önündə cavabdehdir. İdarənin məqsədi Xalq Müdafiəçisi İnstitutunun cəmiyyətdəki məlumatlılığını, işgüzar nüfuzunu və etibarını artırmaqdır. Həmçinin, cəmiyyətlə Xalq Müdafiəçisi Aparatı arasında təsirli ünsiyyət təmin etməkdir.
İdarənin funksiyaları aşağıdakılardır:
- Gürcüstanın Xalq Müdafiəçisi / Xalq Müdafiəçisi Aaparatının digər işçi cəmiyyətini və media qurumları ilə səmərəli əlaqələrin təmin edilməsi;
- İnformasiya siyasətini inkişaf etdirmək və Xalq Müdafiəçisinə / Xalq Müdafiəçisi müavininə təqdim etmək;
- Mətbuat konfransları və brifinqlər təşkil etmək, jurnalistləri bu tədbirlərə dəvət etmək və müvafiq materiallar təqdim etmək;
- Gürcüstanın Xalq Müdafiəçisi Aparatının işi ilə əlaqəli informasiya siyasəti ilə müəyyən edilmiş məlumatların vaxtında cəmiyyətə / maraqlanan şəxslərə müvafiq formada təqdim etmək (təqdim edilən formaları təkmilləşdirmək üçün davamlı iş);
- Gürcüstanın Xalq Müdafiəçisi və ya Xalq Müdafiəçisi Aparatının digər əməkdaşları ilə mətbuatda çıxışlarının yazılması və arxivləşdirilməsi;
- Kütləvi informasiya vasitələrinin gündəlik monitorinqi və daxili şəbəkədə Gürcüstan Xalq Müdafiəçisi Aparatı üçün maraqlı məlumatların yayılması;
- Müxtəlif, dövlət və qeyri-hökumət, yerli və beynəlxalq təşkilatlar üçün, media qurumları üçün press-relizlər hazırlamaq və yaymaq;
- Xalq Müdafiəçisinin veb saytında məlumatın vaxtında yerləşdirilmə Sosial medianın idarə edilməsi, məlumatların (mətnin, videonun, fotonun, infoqrafikanın, sorğuların və s.) sosial media formatına uyğun olaraq işlənməsi və yerləşdirilməsi;
- Sosial şəbəkələrdə vətəndaşlardan daxil olan mesajlara, o cümlədən Xalq Müdafiəçinin fəaliyyəti ilə əlaqəli məlumatlara müvafiq şəkildə cavab vermək;
- Xalq Müdafiəçisi Aparatı tədbirlərinin təşkili, dəvət olunan şəxslərin müəyyənləşdirilməsi və dəvət edilməsi və tədbirlərin uğurla həyata keçirilməsi üçün bütün müvafiq bölmələrin fəaliyyətinin əlaqələndirilməsi;
- Dövlət qurumlarının, qeyri-hökumət sektorunun, medianın, beynəlxalq təşkilatların təmsilçilərinin (tematik qruplar daxil olmaqla) əlaqə bazasını yaratmaq və daima yeniləmək;
- Gürcüstanın hər yerində Xalq Müdafiəçisi üçün görüşlər, kütləvi mühazirələr / aksiyalar təşkil etmək;
- Xalq Müdafiəçinin həyata keçirdiyi və ya planlaşdırdığı fəaliyyətlər barədə vaxtında məlumat vermək üçün sosial şəbəkələrdə və ya qeyri-rəsmi şəraitdə jurnalistlərlə əlaqə qurmaq;
- İctimaiyyətlə və media ilə əlaqəli təlimatlar hazırlamaq (geyim, vizualizasiya, sosial media və);
- Xalq Müdafiəçisi / Xalq Müdafiəçisi Aparatının fəaliyyətini geniş ictimaiyyətə yaradıcı yollarla təqdim etmək;
- Həyata keçirilmiş fəaliyyət və tədbirlərin effektivliyini qiymətləndirmək və onlarda dəyişikliklərin edilməsini zəruri hesab etmək;
- İdarənin fəaliyyətinin xüsusiyyətlərindən irəli gələn digər funksiyaları yerinə yetirmək.