Xalq Müdafiəçisi UNICEF-in Uşaq fondunun Gürcüstan üzrə direktoru ilə görüşüb
5 sentyabr 2025-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və Xalq Müdafiəçinin müavini İrine Çixladze UNİCEF-in Gürcüstan üzrə direktoru Jesper Moller ilə görüşüblər.
Görüşdə tərəflər Gürcüstanda uşaq hüquqlarının müdafiəsinin vəziyyətini və bununla bağlı Xalq Müdafiəçisi Aparatının və UNİCEF-in son dövrlərdə gördüyü işləri müzakirə ediblər. Jasper Moller Xalq Müdafiəçisini təşkilatın Gürcüstan üzrə dövri hesabatının əsas nəticələri, eləcə də cari və gələcək layihələrin istiqamətləri ilə tanış edib.
Çoxillik səmərəli əməkdaşlığın davam etdirilməsindən danışan tərəflər uşaq hüquqları problemləri ilə bağlı məlumatlılığın artırılmasının və dövlət qurumları tərəfindən uşaqlarla bağlı statistik məlumatların toplanması və təhlili mexanizminin təkmilləşdirilməsinin, zorakılıq qurbanı olan uşaqların hüquqlarının təmin edilməsinin vacibliyini, coğrafi genişlənmənin və Barnahus modelinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.