Yeniliklər

Bank nümayəndələri üçün bərabərlik məsələləri üzrə təlim

1-2 noyabr 2022-ci il tarixlərində Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Bərabərlik Departamentinin nümayəndələri Gürcüstan Milli Bankı və Gürcüstan Banklar Assosiasiyası ilə əməkdaşlıqda, Avropa Şurasının dəstəyi ilə Gürcüstanda fəaliyyət göstərən bankların nümayəndələri üçün bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi məsələlərinə dair təlim keçirmişlər.

Təlim çərçivəsində Bərabərlik Departamentinin nümayəndələri iştirakçılara bərabərlik və ayrı-seçkilikdən qorunma baxımından ölkədə mövcud olan standartlarla tanış olublar. Ayrı-seçkiliyin tərkib elementləri, ayrı-seçkiliyin növləri və hüquqların müdafiəsi mexanizmləri haqqında məlumat verilmişdir. Bir neçə sessiya ayrı-seçkiliyin təşviqi və cinsi qısnamanın qadağan edilməsi məsələsinin müzakirəsinə həsr olunub. Həmçinin, bank sektorunda ayrı-seçkilik halları ilə bağlı Xalq Müdafiəçisinin təcrübəsi müzakirə olunub.

Xalq Müdafiəçisinin Bərabərlik Şöbəsi ayrı-seçkilikdən müdafiə məsələləri ilə bağlı özəl və ictimai sahə nümayəndələrinin maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)