Yeniliklər

Xalq Müdafiəçisi Çiatura mədənçilərinin etirazına cavab verir

Gürcüstanın Xalq Müdafiəçisi layiqli iş şəraiti tələb edən Çiatura mədənçilərinin etirazına cavab verir. Xalq müdafiəçisi şaxtaçılarla birbaşa görüşüb onların problemlərini dinləyib, onun nümayəndələri həm Çiaturada, həm də Tbilisidə onların təşkil etdiyi aksiyalarda iştirak ediblər.

Çiatura mədənçiləri hüquqlarını qorumaq üçün on gündən artıqdır ki, aclıq aksiyası keçirirlər. Həmçinin şirkətlə işçilər arasında mövcud fikir ayrılığı kəskin gərginliyə çatır və işçilər etirazın digər ifrat formalarına əl atırlar. Yayılan Məlumata görə, şaxtaçılardan birinin səhhəti pisləşdiyi üçün dünən klinikaya aparılmalı olub.

Gürcüstanın Xalq Müdafiəçisi vurğulayır ki, əmək hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş mühitinin təmin edilməsi layiqli əməyin, davamlı iqtisadi artımın və məhsuldar məşğulluğun təşviqi üçün vacibdir.

Xalq Müdafiəçisi qəti şəkildə hesab edir ki, vasitəçilik prosesi daha fəal aparılmalı, şirkət mümkün qədər işçilərin ədalətli tələblərini nəzərə almalı və onlara ən qısa müddətdə məqbul şərtlər təklif etməlidir razılığa gəlmək məqsədi ilə.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)