Yeniliklər

Jurnalistlərə qarşı zorakılıq faktı ilə bağlı Xalq Müdafiəçisi Aparatının bəyanatı

4 may 2021-ci ildə yayılan məlumata görə, Davit-Qaregi monastırı kompleksinin ərazisində bir televiziya siujeti hazırlanarkən, "Mtavari" televiziya şirkətinin jurnalistlərinə qarşı ruhanilər və digər iştirak edənlər tərəfindən zorakılıq hərəkətləri baş verdi. Jurnalistlərin dediklərinə görə, onların avadanlıqlarına da ziyan dəyib.

Təəssüf ki, bu, cari ilin kritik bir media qurumlarının üzvlərinə edilən ilk fiziki hücum hadisəsi deyil. Ombudsmanın son vaxtlar jurnalistlərə fiziki təzyiq artımı, təhdidlər və tərkibində cinayət əlamətləri olan faktlarla bağlı qiymətləndirmələri 2020-ci il İnsan Hüquqları Hesabatında da öz əksini tapmışdır.

Xalq Müdafiəçisi Aparatı, media nümayəndələrinə qarşı hər cür şiddəti qınayır və azad və kritik bir media mühitinin demokratik bir cəmiyyət üçün həyati rolunu, o cümlədən ölkədə qanunun aliliyinin və insan hüquqlarına hörmət edilməsi yöntəmində xüsusi funksiyasını vurğulayaraq qeyd edir.

İstintaq orqanlarını jurnalistlərə qarşı həyata keçirilən hücumları vaxtında və effektiv şəkildə araşdırmağa çağırırıq. Eyni zamanda, cəzasızlıq mühiti yaratmaq və həvəsləndirməyi aradan qaldırmaq məqsədi ilə, jurnalistlərə və televiziya şirkətlərinin nümayəndələrinə qarşı keçmişdə həyata keçirilmiş cinayət hadisələrini müəyyən etsinlər və əlaqədar şəxslərin məsuliyyətə cəlb olunası məsələsini gündəmə gətirsinlər.

Bundan əlavə, bütün əlaqədar qurumları və vəzifəli şəxsləri media nümayəndələri tərəfindən fəaliyyətlərin rahat getməsi üçün təhlükəsiz və dəstəkləyici bir mühitin təmin edilməsinə çağırırıq.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
telefon: 291 38 14 qaynar xətt: 1481 (24/7)