Yeniliklər

Xalq Müdafiəçisi Aparatının nümayəndələri tələbələr üçün sərbəst toplaşmaq azadlığı və ətraf mühitin mühafizəsi hüquqlarına dair seminar keçirib

2 may 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Aparatnın Mülki, Siyasi, İqtisadi, Sosial və Mədəni Hüquqların Müdafiəsi Departamentinin əməkdaşları Tinatin Tinikaşvili və Nino Athabeqaşvili Acarıstan Ali Təhsil Müəssisəsinin tələbələri üçün seminar keçirmişlər.

Seminarın mövzuları sərbəst toplaşmaq azadlığı və ətraf mühitin qorunması hüquqları olub. Seminarda qeyd olunan hüquqların məzmunu və müdafiə standartları, Xalq müdafiəçisinin səlahiyyət və fəaliyyət istiqamətləri, bu hüquqların həyata keçirilməsi prosesində aparat tərəfindən müəyyən edilmiş problemlər, Xalq müdafiəçisi tərəfindən hazırlanmış konkret misal və tövsiyələr müzakirə olunub.
Tələbələrə Xalq Müdafiəçisinin parlament hesabatları, xüsusi məruzələr, məhkəmə dostunun müxtəlif tövsiyələr, təkliflər, rəylər və onlarda sərbəst toplaşmaq azadlığı və ətraf mühitin mühafizəsi hüquqları ilə bağlı öz əksini tapmış məsələlər barədə məlumat verilib.

Seminar tələbələrin fəal iştirakı və müzakirə formatında keçirilib. Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Gürcüstanın Xalq Müdafiəçisi Ofisinin tərəfdaşlıq proqramı çərçivəsində baş tutub.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)