Yeniliklər

Xalq Müdafiəçisi Aparatının nümayəndələri tələbələrlə və şagirdlərlə məlumatlandırma görüşləri keçirib

8 dekabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəsi Aparatının əməkdaşları Nino Atabeqaşvili və Tamar Ququtişvili Kutaisi Ali Təhsil Müəssisəsinin tələbələri və məktəbliləri ilə maarifləndirici görüşlər keçiriblər.

Tədbirlərə və müzakirələrə əlliyə yaxın gənc cəlb olunub.

İclaslarda ətraf mühitin mühafizəsi və əmək hüquqları mövzuları müzakirə olunub. Xalq Müdafiəçisi Aparatının nümayəndələri tədbir iştirakçılarına Xalq Müdafiəçisinin səlahiyyətləri və fəaliyyəti, qeyd olunan hüquqların məzmunu və müdafiə standartları, bu hüquqların həyata keçirilməsi prosesində Aparat tərəfindən müəyyən edilmiş problemlər və konkret misallarla izahat veriblər. Tələbə və şagirdlər ətraf mühitin mühafizəsi və əmək hüquqları istiqamətində onların hüquqi təminatları haqqında məlumat alıblar.

Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Gürcüstanın Xalq Müdafiəçisi Aparatının tərəfdaşlıq proqramı çərçivəsində baş tutub.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)