Yeniliklər

Xalq Müdafiəçisinin media nümayəndələrinə qarşı törədilmiş cinayət əməlləri barədə bəyanatı

9 aprel 2021-ci ildə Formula TV-nin işçilərinə qarşı törədilmiş cinayət əməlləri barədə məlumat yayılmışdır. Yayımçının sözlərinə görə, onlardan biri fiziki təhqirə məruz qalıb, digərinin isə bir avtomobilinə ziyan vurulub. Zərərçəkənlər hücumları kritik bir media qurumundakı fəaliyyətlə əlaqələndirdilər.

Qeyd edək ki, bu, bu il Formula TV işçilərinə edilən ilk fiziki hücum hadisəsi deyil. 25 fevralda Formula TV-nin əsas xəbər proqramının aparıcısı Vaxo Sanaia, jurnalist fəaliyyətinə görə hücuma məruz qaldı. Xalq Müdafiəçisi, 2020-ci il İnsan Hüquqları Hesabatında son vaxtlar media nümayəndələrinə və onlarla əlaqədar olan şəxslərə qarşı fiziki intiqam faktları, təhdidlər və cinayət əlamətləri içərən faktlar barədə çox ətraflı danışır.

Xalq Müdafiəçisi, media nümayəndələrinə qarşı həyata keçirilən hər cür şiddəti qınayır və demokratik cəmiyyət üçün azad və tənqidi bir media mühitinin həyati rolunu, eyni zamanda ölkədə qanunun aliliyinin qorunması və insan hüquqlarına hörmət edilməsində xüsusi rolunu vurğulayır.

Xalq Müdafiəçisi istintaq orqanlarını "Formula" TV işçilərinə edilən hücumları vaxtında və effektiv şəkildə araşdırmağa çağırır. Eyni zamanda, cəzasızlıq mühiti yaratmaq və həvəsləndirməyi aradan qldırmaq məqsədi ilə, jurnalistlərə və televiziyaların nümayəndələrinə qarşı keçmişdə həyata keçirilmiş cinayət hadisələri ilə əlaqədar şəxsləri müəyyən etsinlər və əlaqədar şəxslərin məsuliyyət məsələsini gündəmə gətirsinlər.

Bundan əlavə, Xalq Müdafiəçisi bütün aidiyyəti qurumları və vəzifəli şəxsləri media nümayəndələri tərəfindən fəaliyyətlərin rahat keçməsi üçün təhlükəsiz və dəstəkləyici bir mühitin təmin edilməsinə çağırır.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
telefon: 291 38 14 qaynar xətt: 1481 (24/7)