Yeniliklər

Süni İntellekt və İnsan Hüquqları üzrə Beynəlxalq Konfrans: İmkanlar, Risklər və Daha Yaxşı Gələcəyə Baxış

27-28 may 2025-ci il tarixlərində Gürcüstanın Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Dohada (Qətər Dövləti) keçirilən və süni intellektlə bağlı məsələlərin müzakirə edildiyi beynəlxalq konfransda iştirak edib.

Tamar Qvaramadze çıxışında süni intellektin insan hüquqlarının, o cümlədən mülki, siyasi, sosial-iqtisadi hüquqların həyata keçirilməsinə mənfi təsirindən; o, həmçinin milli insan hüquqları institutlarının öz səlahiyyətləri daxilində fərdi şikayətlərə baxması, sistemli monitorinqlər keçirməsi, təklif və tövsiyələr hazırlayıb dövlət qurumlarına təqdim etməsi, o cümlədən maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb ki, bunun nəticəsində süni intellektin insan hüquqlarına mənfi təsirini azalda bilər.

Bundan əlavə, Xalq Müdafiəçisinin birinci müavini ENNHRI İdarə Heyətinin üzvü kimi Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin təşəbbüslərindən danışıb və şəbəkənin bu sahədəki təcrübəsini konfrans iştirakçıları ilə bölüşüb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)