Yeniliklər

Xalq Müdafiəçi ATƏT regionunun milli insan hüquqları institutları rəhbərlərinin iclasında çıxış edib

5-6 sentyabr 2022-ci il tarixlərində Polşanın paytaxtı Varşavada ATƏT regionunun milli insan hüquqları təsisatları rəhbərlərinin görüşü keçirilib və burada milli insan hüquqları institutlarının davamlılığı və gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirin təşkilatçıları Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomjariyanı qurumun üzləşdiyi problemlər və onların aradan qaldırılması yolları ilə bağlı şəxsi təcrübəsindən danışmağa dəvət ediblər.

Tədbirdə çıxış edən xalq müdafiəçisi son illərdə konstitusiyanın Gürcüstanda ombudsman aparatına verdiyi mandatın icrasına tez-tez baş verən hədələr, hücumlar və müdaxilələrdən danışıb. O qeyd edib ki, şəxsən özünün və bütün aparatının dəfələrlə yüksək vəzifəli məmurlar və zorakı qruplar tərəfindən gözdən salınması və dezinformasiya obyekti olub.

Nino Lomjaria bu çağırışlara cavab olaraq atılan addımlar və fəaliyyətlər barədə görüş iştirakçılarına məlumat verib. Beynəlxalq mexanizmlərin və təşkilatların dəstəyi xüsusilə vurğulanıb.

“Dəstəyin yaxşı nümunəsi Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin xüsusi səfəri oldu ki, bizim qeyri-rəsmi idarəçiliklə bağlı hesabatımız dərc edildikdən sonra o, həbsxanalarda monitorinqlər apardı və əldə etdiyimiz nəticələri təsdiqlədi. Nəticədə bizə müəyyən edilmiş problemləri hökumətlə birlikdə müzakirə etmək imkanı verildi”, - deyə Xalq müdafiəçisi bildirib.

Sonda Nino Lomjaria vurğuladı ki, hücumlara və nüfuzdan salma kampaniyasına baxmayaraq, konstitusiyanın Xalq Müdafiəçisinə və onun ofisinə həvalə etdiyi ən mühüm işi görmək üçün motivasiya və güc vətəndaşların etimadı və beynəlxalq ictimaiyyətin dəstəyidir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)