Yeniliklər

Xalq Müdafiəçisi ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

24 noyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, səfir Viorel Mosanu ilə görüşüb.

İclasda Xalq Müdafiəçisi aparatın mandatı və prioritet fəaliyyət istiqamətləri barədə danışıb. Həmçinin işğal olunmuş ərazilərdə və işğal olunmuş ərazilərə bitişik sakinlərin insan hüquqlarının müdafiəsi vəziyyəti və təhlükəsizlik problemləri müzakirə edilib. Kərbəl kəndi yaxınlığında Tamaz Qınturun qətlinə görə Rusiya Federasiyasının məsuliyyəti məsələsi vurğulanıb.

Tərəflər Xalq Müdafiəçisi Aparatı ilə ATƏT-in Cənubi Qafqaz Nümayəndəliyi arasında əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildiriblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)