Yeniliklər

Xalq Müdafiəçisi işğal xəttinə bitişik Mejvrisxevi və Axalubani kəndlərinin sakinləri ilə görüşüb

29 may 2025-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Qori Bələdiyyəsində İşğal Xəttinə Bitişik Mejvrisxevi və Axalubani kəndlərinin sakinləri ilə görüşüb.

Sakinlərlə söhbət zamanı məlum olub ki, təəssüflər olsun ki, kəndlərdə infrastruktur hələ də bərbad vəziyyətdədir, müxtəlif proqramlara, o cümlədən sosial və səhiyyə xidmətlərinə çıxış məhduddur. Əhalinin, əsasən də gənclərin yaşayış yerlərindən miqrasiyası çox mühüm problemdir ki, bu da ölkə üçün işğal xəttinə bitişik ərazilərin boşaldılması təhlükəsi yaradır.

Dövlətin bu 83 kəndə xüsusi yanaşması və işğal xətti boyunca yaşayan əhalinin azalmaması üçün əlindən gələni etməsi lazımdır, çünki harda olsaq da, hər zaman başqasının gəlib yerimizi tutması təhlükəsi var”, - deyə Xalq Müdafiəçisi bildirib. Xalq Müdafiəçisi işğal xətti boyu yaşayan Gürcüstan vətəndaşları ilə intensiv şəkildə görüşür və onların problemləri ilə bağlı həm mərkəzi, həm yerli hakimiyyət orqanlarını, həm də ictimaiyyəti məlumatlandırır.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)