Yeni xəbərlər

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Gürcüstan ofisi Dostlar Klubunun təqdimatı ilə 25 illik yubileyini qeyd etdi

15 fevral 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisinin müavini İrine Çixladze Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) Gürcüstan ofisinin yubiley tədbirində və UNFPA-nın Dostlar Klubunun təqdimatında iştirak etmişdir.

Tədbirdə UNFPA ilə əməkdaşlıq edərək Əhali və İnkişaf üzrə Qahirə Beynəlxalq Konfransının (ICPD) fəaliyyət proqramının məqsəd və prioritetlərinin həyata keçirilməsinə xüsusi töhfə vermiş qurum və təşkilatlara təşəkkürnamələr təqdim olunub.

Gürcüstanın Xalq Müdafiəçisi və BMT-nin Əhali Fondunun Gürcüstan ofisi uzun illərdir ki, uğurlu əməkdaşlıq edir və insanların, onların hüquq və seçimlərinin daim davamlı inkişafın mərkəzində olmasını təmin etmək üçün birgə fəaliyyəti fəal şəkildə davam etdirir.

©️ şəkillər: Qela Bedianaşvili/UNFPA

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)