Yeni xəbərlər

Gürcüstanın Xalq Müdafiəçisinin Parlament Hesabatı – 2020

31 Mart 2021-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Aparatı insan hüquqları və azadlıqlarına dair illik hesabatı Gürcüstan Parlamentinə təqdim etdi. 486 səhifəlik hesabatda 2020-ci ildə Konstitusiya ilə zəmanət verilmiş insan hüquqlarının qorunması baxımından ölkədəki çağırışlar və irəliləyiş, həmçinin tövsiyə və təkliflərimizin həyata keçirilmə vəziyyəti nəzərdən keçirilmişdir.

Parlament hesabatının birinci fəslində yaşamaq hüququnun qorunması baxımından dövlətin qarşılaşdığı çətinliklərdən bəhs olunur. 2020-ci ildə Xalq Müdafiəçisi Aparatı 2015-2017-ci illərdə 17 məhkum ölümü hadisəsini araşdırdı. İş materiallarına baxıldıqdan sonra, ölüm sonrası keçirilən ekspertizaya görə, məhkumların həyatda olduqları vaxt əhəmiyyətli sağlamlıq problemlərinin olduğu və penitensiar müəssisələrdə müalicə olunmadıqları müəyyən edilmişdir. Təəssüf ki, istintaq yalnız ölümün son səbəbləri ilə maraqlanırdı və məhkumların ömür boyu müvafiq tibbi yardım alıb-almadıqlarını vəya niyə aladıqlarını araşdırmırdı.

Keçən il olduğu kimi, 2021-ci il dövlət səhiyyə qoruma proqramı, psixiatrik xəstəxanadakı insanlar üçün fiziki sağlamlıq problemləri üçün araşdırma və müalicə nəzərdə tutmur. Nəticədə düzgün olmayan müalicə və müvafiq risk faktorlarına laqeyd yanaşma xəstələrin ölümünə səbəb olur.

Hesabat dövründə Giorgi Şakaraşvilinin ölümü ilə bağlı istintaqdakı qüsurlar diqqət çəkir. Xalq Müdafiəçisinin dəyərləndirməsinə görə, istintaqın ilkin mərhələsində aparılan istintaq hərəkətləri tamamlanmış deyildi. Bəzi çatışmazlıqlar sonradan istintaqla aradan qaldırıldı, bununla birlikdə işə cəlb olunan şəxslərin hüquqlarının polis tərəfindən pozulması halları aşkar edildi. Bir sıra məsələlərin istintaq tərəfindən cavabsız qaldığı Temirlan Maçalikaşvilinin işi də diqqət çəkir. Xorava küçəsində azyaşlıların öldürülməsi işinə gəlincə, iş üzrə davam edən rəsmi yoxlama hələ də başa çatmayıb.

2020-ci ildə, Xalq Müdafiəçisi Aparatında 154 müraciət qeydə alındıç harda ki, vətəndaşlar pis rəfdardan danışırdılar. Açıqlamalara görə, pis rəftarın baş verdiyi iddia edilən şəxslər 77 işdə penitensiar müəssisələrinin işçiləri və 60 işdə polis məmurlarıdır. Bəyanatlar penitensiar müəssisələrindəki şərait və istintaqdakı gecikmələrlə də əlaqədar idi.

Xüsusi bir metodologiyaya əsaslanan monitorinq, 2020-ci ildə inzibati həbslərlə polis rəftarının pisləşmə tendensiyasının davam etdiyini ortaya çıxardı. Araşdırdığımız hadisələrin 34,3%-də (463 şübhəli hal), həbs zamanı və ya sonrasında bədən xəsarətləri faktları ortaya çıxdı. Bu göstərici 2018-ci ildə 26,8%, 2019-cu ildə isə 31,8% təşkil edib.

Xalq Müdafiəçisi Aparatında görülən işlərdə, bir çox məhkum polis əməkdaşları tərəfindən polis maşınında (dayandırılmış vəziyyətdə və ya hərəkət etdiyi vaxt) döyülmə də daxil olmaqla pis rəftar olduğunu bildirmişlər. Nəqliyyat vasitəsi, Dövlət Müfəttişinin hesabatında pis rəftar olduğu iddia edilən bir yer olaraq da qeyd edildi.

Əvvəlki illərdə olduğu kimi, penitensiar sistemin əsas problemi müəssisələrdə şiddət mühiti yaradan və çox sayda məhkuma təsir edən qeyri-rəsmi idarəetmədir. 2020-ci ildə Xalq Müdafisi Aparatı tərəfindən (2013-2020 –ci illərdə baş verən hadisələrlə əlaqəli) həbs olunanların istintaq orqanlarına detallı olaraq verdikləri məlumat qeyri-rəsmi cinayət idarəetmə sxemi, əlaqəli şəxslər, onların törətdikləri iddia edilən cinayət əməlləri (təhdid, döymə, qəsb etmə, iqtisadi cinayət, Səlahiyyətdən sui-istifadə və s.) incələndi. Baxmayaraq ki, həm məhbuslar, həm də sorğuya çəkilən şahidlər oxşar bir sxemin mövcudluğunu təsdiqləyirdilər, Gürcüstan Prokurorluğu və Penitensiar Xidmətinin daxili monitorinq orqanları bu işlərə təsirli cavabı bu şəxsləri cinayət məsuliyyətinə cəlb etməklə vermədi, həmçinin bir çox prosessual və istintaq hərəkətləri həll olunmamış qaldı.

Xalq Müdafiəçisi, məhkumların (o cümlədən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərin) deeskalasiya və təcridxana otaqlarında uzun müddət, tez-tez və heç bir səbəb olmadan yerləşdirmə praktikasını pis rəftar kimi qiymətləndirir.

2020-ci ilin monitorinqi yenidən göstərdi ki, penitensiar müəssisələrdə vaxtında və keyfiyyətli somatik (fiziki) səhiyyə xidmətləriylə təmin etmə problemlidir. Məhkumların tam müayinəsi praktikası da yenə davam edir, bu müddətdə məhkumun bədəninin bütün hissələri qismən deyil eyni zamanda soyulur.

2020-ci ildə psixiatriya müəssisələrindəki şiddət halları, müəssisələrin işçiləri tərəfindən xəstələrə fiziki və şifahi təhqirlər, xəstələrin özləri arasında münaqişə və şiddət halları da ortaya çıxdı. Xəstələrə fiziki və kimyəvi məhdudiyyətlərin tətbiq edilməsinin tez-tez və pis tətbiq olunması problemli olaraq qalır. xəstələrin yaşadığı və müalicə aldığı həyat şərtləri pis rəftara bərabərdir.

Prokurorluq tərəfindən hüquq-mühafizə orqanları tərəfindən törədildiyi iddia edilən cinayətlərin səmərəsiz istintaqı sistemli bir problem olaraq qalır. Bu baxımdan qeyd etmək lazımdır ki, 2013-2019-cu illərdə Xalq Müdafiəçisi tərəfindən Prokurorluğa göndərilən 107 təklif əsasında başladılan istintaq çərçivəsində yalnız 3 polis məmuruna qarşı ittiham irəli sürülmüş, yalnız 1 nəfər zərərçəkmiş kimi müəyyən edilmişdir. 20 iyun 2019-cu il tarixli istintaqla bağlı vəziyyət dəyişməzdir, Xalq Müdafiəçisinin dəyərləndirməsinə görə, istintaq yalnız ayrı-ayrı hüquq-mühafizə orqanlarının cinayət əməllərinin müəyyənləşdirilməsinə yönəlib və hadisələrin tam sistemli təhlilini və başçılıq edən şəxslərin məsuliyyət sahəsinin müəyyən edilməsini təmin etmir.

Yetkinlik yaşına çatmayan Luka Siradzein işi ilə əlaqədar olaraq, bir polis məmuruna qarşı ittiham irəli sürülməsinə baxmayaraq, Xalq Müdafiəçisinin dəyərləndirməsinə görə, işdə digər şəxslərin günahkarlığını göstərə biləcək bir neçə vacib vəziyyət var. İş materialları əvvəlcə polis məmurlarından birinin şahidləri bu polis məmuruna faydalı bir ifadə verə bilməsi üçün təsir etməyə çalışdığını göstərir. Başlıca şahidlərdən biri də ifadəsini dəyişdirdi, digər polis əməkdaşlarının məsuliyyəti məsələsi də ilkin ifadə zamanı gündəmdə idi. Xalq Müdafiəçisi bu halların araşdırılması və istintaq başlanılması üçün Baş Prokurorluğa müraciət etmiş, hansı ki, bu müraciətlə həmfikir olmamışdır.

2020-ci ildə bir insanı qeyri-insani, şərəf və ləyaqəti alçaldıcı vəziyyətə salmaqda və bu hərəkətin görüntülərinin kütləvi şəkildə yayılmasını təşkil etməkdə təqsirləndirilən Temur Abazov işi xüsusi narahatlıq doğurdu. İttiham tərəfi məhkəmənin son mərhələsində irəli sürülən iki ciddi ittihamdan birini (görüntülərin yayılmasını təşkil etmək) əsassız olaraq qaldırdı və beləliklə məhkəməni cinayətlərdən birini müzakirə etmək imkanından məhrum etdi və əslində bəraəti asanlaşdırdı.

Azadlıq və təhlükəsizlik hüququ üzrə fəsildə şərti azadlığa buraxma təcrübəsi müzakirə olunur. Pandemiya ilə əlaqəli bütün beynəlxalq mexanizmlər dövlətlərin daha çox məhkumun sərbəst buraxılmasına çağırsa da, şərti azad olma nisbəti 2020-ci ilə qədər əvvəlki ilə nisbətən azaldıldı. Xüsusilə, 2019-cu ildə 1279, 2020-ci ildə isə yalnız 830 nəfər şərti olaraq azadlığa buraxılıb. Lakin 2020-ci ildə 2019-cu ilə nisbətən cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəzlənməsi statistikası artıb.

Ədalətli məhkəmə haqqı bölməsində hakimlərin təyinatı, elektron iş paylama proqramı və hakimlərin intizam məsuliyyəti ilə bağlı məsələlərə xüsusi diqqət yetirilir. Xalq Müdafiəçisinə görə, məhkəmə sistemindəki institusional çətinliklər, Ali Məhkəmə hakimlərinin seçimi prosesindəki həddindən artıq qanun pozuntuları və şəffaflığın olmaması nəzərə alınmaqla, mövcud vəziyyət məhkəmə sisteminə daha radikal müdaxilə ilə bağlı gələcək müzakirələrə yol açır.

Pandemiyayla yeni qaydalar məhkəmə sisteminə və faydalananların hüquqi vəziyyətlərinə təsir göstərdi. Sürətli və təsirli ədalətin təmin edilməsi hələ də problemli idi.

Ədalətli məhkəmə haqqı çərçivəsində elə işlərə baxmışıq, hansında ki, ədalət mühakiməsi prosesi əhəmiyyətli çatışmazlıqlarla davam edirdi/davm edir, keçmiş Baş Auditor Lasha Tordianın döyülməsi ilə bağlı istintaq da daxil olmaqla, hansı ki, qeyri-adi şəkildə uzandı və müvafiq olmayan kvalifikasiyayla aparıldı, bununla ədaləti həyata keçirmək əngəlləndi və yekun olaraq iş işin fiqurantı olan təqsirləndirilən şəxslərdən birinin bəraət qazanmasıyla bitdi; hesabatda Qiorqi Ruruanın qoruma haqqının pozulmsı və Nikanor Melianın parlament səlahiyyətlərinə xitam verilməsi faktları qiymətləndirilib. Ayrıca sözdə “Kartoqrafların İşində” müəyyən edilmiş çatışmazlıqlar təqdim edilmişdir- qanunçuluq prinsipinin pozulması və ədalətdən siyasi və ya başqa məqsədlər üçün istifadə riski.

Hesabat zamanı şəxsi həyat haqqlarının pozulmasının müxtəlif halları aşkar edilmişdir. Bunların arasında Gürcüstan parlamentinin deputatı Salome Samadaşvilinin qanunsuz olası telefon dinləmələri, habelə bir “TV Pirveli” jurnalistinin və Birləşmiş Milli Hərəkat üzvünün telefon danışıqlarına olası qulaq asması halları var idi. Xalq Müdafiəçisinin tələbinə baxmayaraq, məxfi söhbətlər və qeydlərin açıqlanması halları effektiv şəkildə araşdırılmır, hansı ki, nəticədə günahkarın müəyyənləşdirilməsinə və mühakimə olunmasına səbəb olmalıdır.

Xarici dünya ilə effektiv ünsiyyət, qapalı qurumlarda yerləşdirilənlər üçün xüsusilə vacibdir. Şəxsi həyat baxımından, Xalq Müdafiəçisi pandemiya dövründə məhkumların xeyrinə tətbiq olunan kompensasiya tədbirlərini yetərli hesab etmir. Əcnəbi məhkumlar praktik olaraq ailə üzvləri ilə effektiv bir əlaqə qura bilmirlər. Ailə üzvləri ilə ünsiyyət, psixiatriya müəssisələrində telefona girişi məhdud olan xəstələr üçün də problemlidir.

Bərabərlik hüququnun qorunması sahəsində Xalq Müdafiəçisi, 2020-ci il ərzində edilmiş əhəmiyyətli qanunvericilik dəyişikliklərini müsbət qiymətləndirir. Epidemioloji vəziyyət bərabərlik hüququnun effektiv həyata keçirilməsinə mənfi təsir göstərmişdir. Ən çox maneə ilə qadınlar, dini azlıqların üzvləri, LGBT + icmasının üzvləri və məhdud imkanlı şəxslər qarşılaşdı. 2020-ci ildə Xalq Müdafiəçisi, ayrı-seçkilik olduğu iddia edilən 113 yeni hadisəni nəzərdən keçirdi, bunlardan 18% -i cins / gender və 9% -i məhdud imkanlılıq ayrı-seçkiliyi ilə əlaqədardır. Fərqli fikirlər və siyasi baxışlara görə qeyri-bərabər rəftar üçün müraciət nisbətini 12 % və 9% təşkil etdi.

Əmək münasibətləri bu hesabat dövründə ayrı-seçkiliyə qarşı ən qorunmayan sahələrdən biri idi. Jurnalistlərə qarşı ayrı-seçkilik faktları da aşkarlanıb. Əsasən iş yerində və tibbi yardım alındığında ortaya çıxan cinsi sıxışdırma problem olaraq qalır.

Gender bərabərliyi baxımından 2020-ci ildə Parlament Gender Kvotası Mexanizminin tətbiq olunması xoş qarşılanır. Orta gəlir nisbəti hələ də cinslər arasında dəyişir. Gürcüstanda qadınlar ödənişsiz ailə işlərinə kişilərdən 3 dəfə çox vaxt sərf edirlər. Pandemiya şərtlərində, qadınlar üzərində ödənişsiz ev əməyinin yükü daha da artdı. Effektiv cinsi və reproduktiv sağlamlıq və qadın hüquqları baxımından çox sayda problem qalmaqdadır.

Hesabat dövründəki əsas problemlərdən biri hələ də genderə əsaslanan qadınların öldürülməsidir (femisid). Statistika göstərir ki, femisid hadisələrinin sayı azalmır, həm də ildən-ilə artır. Lakin 2019-cu ilə nisbətən 2020-ci ildə şiddət bildirişlərinin sayı artmayıb və azaldığını söyləmək olar. Bu, pandemiya şəraitində qadınların zorakılığa məruz qaldığını və bunun şiddət riskini artırdığını, ancaq aşkarlanma ehtimalının azaldığını göstərir. Gürcüstan Baş Prokurorluğunun verdiyi məlumata görə, 2020-ci ildə 24 qadın öldürüldü, onlardan 15 işdə ailədaxili cinayətinin əlamətləri aşkar edildi və qadını öldürməyə cəhd hadisəsindən 27 işdən 17 işdə ailədaxili cinayətinin əlamətləri aşkar edildi. Hələ də qurbanın şiddətləəlaqəli müraciət etməsinə baxmayaraq, qadın öldürməyin (femisidin) qarşısının ala bilinmədiyi hallar var.

Hesabat ilində Parlament Gürcüstanın Cinayət Məcəlləsindəki qüsurlu “təcavüz” normasına (maddə 137) dəyişiklikləri dəstəkləməyib və bu mənfi qiymətləndirilməlidir. İnsan alveri ilə mübarizə baxımından hadisələrin müəyyən edilmə nisbəti və xidmətlərdən istifadə edənlərin sayı azdır.

Ən vacib problem həm erkən yaşda həm evlilik, həm də nişan, həm də konkret halların effektiv idarə olunması olaraq qalır. Pandemiya fonunda məsafədən təhsil rejimi bu kimi halların aşkar olunmasını və sosial işçilər tərəfindən vaxtında araşdırılmasını daha da çətinləşdirdi. Daxili İşlər Nazirliyi, bir təhsil müəssisəsi ilə sosial xidmət arasında koordinasiya və yönləndirmə mexanizmi səhvdir.

LGBT + şəxslərinin hüquqi statusunu yaxşılaşdırmaq üçün əhəmiyyətli bir addım atılmadı.

İfadə azadlığı baxımından media mühiti çox pluristik olsa da, yetərincə plüralistdir. Jurnalistlərin fərqli fikirləri və liderlərinin açıq tənqidi səbəbindən, Xalq Müdafiəçisi Acarıstan TV-nin verdiyi qərarları jurnalistlərin əmək hüquqlarının pozulması və / və ya birbaşa ayrıseçkilik kimi qiymətləndirdi.

Peşəkar fəaliyyətə maneə törətmək, fəaliyyətlərinə görə jurnalistlərə qarşı törədilən digər cinayət əməlləri və toplanış yerində olan media nümayəndələrinin təhlükəsizliyi ilə bağlı hərtərəfli statistikanın olmaması problem olaraq qaldı.

Son illərdə milli səviyyədə ifadə azadlığının məhdudlaşdırılmasına dair qanunvericilik təşəbbüslərinin təəssüflü bir tendensiyası müşahidə olunur və bunun əvəzi hesabat dövründə yayımçı tərəfindən yayımlanan proqramların məzmununa nəzarət ilə əvəz edilmişdir. Buna bir nümunə Tənzimləmə Komissiyasının ana kanala qarşı verdiyi qərardır. Xalq Müdafiəçisinin fikrincə, Milli Rabitə Komissiyasının "Ana Kanal" ın qanunları pozduğunu müəyyən etməsi, qanunun düzgün şərh edilməməsinin nəticəsidir və bu, yayımçılar tərəfindən ifadə azadlığının həyata keçirilməsinə mənfi təsir göstərir.

Ötən il müxtəlif miqyaslı bir çox siyasi və ya digər toplantıların gedişi bir daha göstərdi ki, sərbəst toplaşmaq azadlığının tam həyata keçirilməsini təmin etmək üçün dövlət öz öhdəliklərini layiqincə yerinə yetirmir. 8 Noyabr 2020-ci ildə hüquq-mühafizə orqanlarının Gürcüstan Mərkəzi Seçki Komissiyası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz olaraq mitinqi dağıtmaq üçün su topları istifadə etdikləri zaman nisbi olmayan güc yenidən iştirakçılara qarşı istifadə edildi. Ayrıca, qanunun tələblərinə zidd olaraq, aksiyanın iştirakçılarına güc tətbiq edilməzdən əvvəl xəbərdarlıq edilmədi. Əvvəlki illərdə olduğu kimi, hüquq-mühafizə orqanları xırda xuliqanlıq və hüquq-mühafizə orqanının əməkdaşının qanuni tələbinə tabe olmamaq üçün aksiyanın iştirakçılarının inzibati həbsinə fəal şəkildə müraciət etdilər, bu da Xalq Müdafiəçisinin dəyərləndirməsinə görə çox vaxt zərurət tələbini yerinə yetirmir və sərbəst toplaşmaq azadlığına əsassız müdaxilə şəklinə gəlir. Sərbəst toplaşmaq azadlığından faydalanmaq yeni koronavirus pandemiyası və yayılmasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlər fonunda xüsusi çətinliklərlə üzləşdi. Odun kimi bəzi əşyaların istifadəsinə qoyulan qadağa da müzakirə edildi.

2020 Parlament Hesabatında məlumat azadlığı ilə bağlı ayrıca bir fəsil var. Şəxsi məlumatların məzmunu əsasında ictimai məlumatların bağlanması və ictimaiyyətin təbliğata olan marağının laqeyd qalması da medianın və insan haqları müdafiəçilərinin hüquqlarına meydan oxuyur. Gürcüstanın məlumat azadlığı qanunvericiliyi qüsurludur və əsaslı şəkildə islah edilməlidir, hansı ki, demək olar ki, səkkiz il əvvəl başlamış və hələ də tamamlanmamışdır. Bundan əlavə, ölkənin Gürcüstanın Konvensiyanı qəbul edən andan imzaladığı 18 iyun 2009-cu il tarixli rəsmi sənədlərə giriş haqqında Avropa Şurası Konvensiyasını vaxtında təsdiq etməsi vacibdir.

2020-ci il üçün əsas problemlərdən biri parlament seçkilərinin ədalətli və bərabər bir mühitdə keçirilməsi idi. Seçkilər son dərəcə gərgin bir şəraitdə keçirildi; Fiziki qarşıdurmalar və şiddətli hadisələr, o cümlədən media nümayəndələrinə edilən hücumlar barədə məlumatlar var. Fərqli mövzular arasındakı mübahisələr, bülletenlərin məxfiliyinin pozulması, seçicinin iradəsinə nəzarət edilməsi, seçici rüşvətinin mümkün halları barədə məlumatlar ictimai mənbələr vasitəsilə yayılmışdır; Bütün bunlar ictimaiyyətin seçkilərin dinc bir mühitdə keçirilməsinə mənfi təsir göstərdi; Səs vermək hüququndan istifadə, yeni koronavirusun yaratdığı pandemiyadan da təsirləndi.

Yerli müşahidəçi təşkilatların və vətəndaş cəmiyyəti sektorunun 2020-ci il parlament seçkilərini Gürcü Arzusu hakimiyyəti dövründə keçirilən seçkilər arasında "ən az demokratik və azad" olaraq qiymətləndirməsi diqqət çəkir. ATƏT / DTİHB SMM-nin yekun hesabatına əsasən, seçkilər rəqabət şəraitində və bütövlükdə əsas azadlıqların qorunması şəraitində keçirildi. Təşkilata görə, ATƏT-in hakim partiyası ilə dövlət arasındakı sərhəd tez-tez pozulurdu və bu da seçki prosesinin bəzi məqamlarına xalqın inamını azaldırdı.

Seçkidən sonra hökumət seçki islahatı üçün siyasi məsuliyyəti öz üzərinə götürdü. İşçi qrupda Xalq Müdafiəçisi Aparatı da iştirak edir. Seçki islahatının uğurla başa çatacağına və qanunvericiliyin beynəlxalq standartlara və ən yaxşı təcrübələrə tam uyğun şəkildə tərtib olunacağına ümid edirik.

İnsan hüquqları müdafiəçiləri ilə bağlı vəziyyət hələ də problemli idi - təəssüf doğuran şifahi və fiziki hücumlar, hədə-qorxu, yüksək səviyyəli siyasi məmurlar da daxil olmaqla, onları nüfuzdan salmağa yönəlik açıqlamaların qəbuledilməz təcrübəsi. Radikal qrupların "Tbilisi Qüruru" nun ofisinə etdiyi hücumlar diqqət çəkir. Qeyd etmək lazımdır ki, milli qanunvericilik insan haqları müdafiəçiləri anlayışını müəyyənləşdirməyib, bu illər ərzində onlara qarşı törədilmiş cinayətlərin tam açılmasına və müvafiq statistik məlumatların hazırlanmasına mane olub.

2020, münaqişədən təsirlənən əhali üçün ən ağır il oldu. Kovid 19 pandemiyasından əvvəl işğal edilmiş Tsxinvalinin sözdə adlandırılan faktiki hökuməti Nəzarət məntəqəsində insanların hərəkət azadlığı tamamilə məhdudlaşdırılıb ki, bu da 1 ildən artıqdır ki, müvafiq tibbi yardım ala bilmədiyi üçün işğal olunmuş ərazilərdə ölənlərin sayının artmasına səbəb olub. Həm də təəssüf ki, qeyd etmək lazımdır ki, 2020-ci il ərzində insanların Zuqdidiyə getmək üçün Enguri-dən üzərək keçmək və işğal xəttini yan keçmək cəhdində 2 qəza izlədi. Xalq Müdafiəçisi əvvəlki illərdə olduğu kimi, Vaja Gaprindaşvili, Genadi Bestaev, Irakli Bebua, Zaza Gaxeladze, Ramaz Beğeluri, Mirian Taziaşvili və Mirian Taziaşvili iddiaları da daxil olmaqla, vətəndaşların qanunsuz həbs və pis rəftar hallarına diqqət ayırır.

İşğal olunmuş ərazilərdə yaşayan qadın və qızların hüquqi vəziyyəti və təhsil hüququnun reallaşması acınacaq vəziyyətdədir.

Sağlamlıq hüququnun həyata keçirilməsi baxımından, digər ölkələr kimi, 2020-ci ildə də Gürcüstanın səhiyyə sistemi böyük bir çətinliklə üzləşdi. Xüsusilə, xəstələrin haqlarının qorunması mexanizmlərinin təsirsizliyi problem olaraq qaldı, xüsusən 2020-ci ilin oktyabr-noyabr aylarında təxirə salınmış xəstəxanaya yerləşdirmə və müalicə halları və bəzi hallarda xəstələrin ölümü. Təəssüf ki, bu işlərin araşdırılması və görülən tədbirlər və müvafiq nəticələr barədə ictimaiyyəti məlumatlandırmaq bu günə qədər aparılmayıb. Tibbi işçilərin hüquqi vəziyyəti ən pis idi. 2019-cu ildə aparılmış bir sorğuya görə, köməkçi tibb işçiləri 40 saatdan çox işləyir və onların 84,6% -i 500 laridən az maaş alır, 100% -i isə normal və ya qeyri-iş günlərində əlavə iş haqqı almır. Görülən bir sıra tədbirlərə baxmayaraq, əhalinin ucuz dərmanlardan istifadəsi hələ də azdır, Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, səhiyyə xidmətlərinin qiymətləri yüzdə 9,7 faiz artıb.

2020-ci ildə əhəmiyyətli bir hadisə əmək qanunvericiliyində islahatların aparılması və əmək müfəttişliyinə əmək hüquqlarının qorunmasına nəzarət etmək üçün tam səlahiyyət verilməsi oldu. 2018-ci ildən sonra iş yerində ölənlərin sayının azalması diqqət çəkir, lakin ölənlərin sayı hələ də qorxunc dərəcədə yüksəkdir. Xüsusilə, 2018-ci ildə - 59 işdə ölüm, 2019-cu ildə - 45, 2020-ci ildə - 39 hadisə ortaya çıxdı. Əmək Müfəttişliyi məlumatlarının təhlili göstərir ki, işəgötürənlər işçilərin və digər şəxslərin təhlükəsizliyini qorumaq üçün müvafiq profilaktik tədbirlər görmürlər, buna görə gözlənilən təhdidləri minimuma endirmək üçün LEPL-in əmək müfəttişliyi əmək təhlükəsizliyi baxımından gücləndirilir.

Sosial təminat hüququnun qorunmasında əsas problem Hədəfli Sosial Yardım proqramının səmərəliliyinin öyrənilməsi, sistematik monitorinq və müvafiq metodologiyaların hazırlanması idi. Hədəfli Sosial Yardım Proqramı çərçivəsində, 2020-ci ilin dekabr ayı etibarilə, əvvəlki ilə nisbətən təqribən 100.000 çox adam yaşayış müavinəti alırdı. Müvafiq olaraq, yaşayış müavinəti alanların nisbəti ümumi əhalinin 11,5% -dən 14,1% -dək artmışdır. Ayrıca, 83875 nəfər daha çox proqrama qoşulmaq istəyir, baxmayaraq ki, bunların yalnız 51% -i ünvanlı sosial yardımdan faydalanır. Təəssüf ki, yaşayış müavinəti müddətinin təxirə salınması məsələsi həll olunmamış qalır. Xüsusilə, ailənin müraciətindən sistemə girməyə və nəhayət müavinətin qeydiyyata alınmasına qədər olan müddət 3-4 ay arasında dəyişir. Kifayət qədər qida və pulsuz yeməkxanalara giriş hüququnun reallaşdırılması ilə əlaqədar olaraq, Xalq Müdafiəçisi, bələdiyyələrin əksəriyyətinin yaşadıqları ərazidə yaşayan şəxslərin və ailələrin qida giriş ehtiyaclarını öyrənmədiklərini və pulsuz yeməkxanalardan istifadə problemlərinin həll olunmadığını qeyd etdi.

Uyğun mənzil hüququ ilə əlaqədar olaraq, dövlətdə evsiz bir şəxsin tam hüquqlu bir tərifi və lazımi çərçivə qanunvericiliyi yoxdur. Bu günə qədər bir sıra bələdiyyələrdə vahid evsiz - yerli məlumat bazaları, məhdud büdcə və infrastruktur mənbələri və sığınacaqlarda və sosial evlərdə yerləşdirilən insanlar üçün dəstək proqramı yoxdur.

Gürcüstan ətraf mühitin qorunması baxımından bir sıra problemlərlə üzləşdi. Xüsusilə kəskin: enerji siyasəti, ətraf mühitə təsirin qiymətləndirilməsi sistemindəki tənzimləmə və tətbiqetmə boşluqları, şəhərsalma sahəsində insan haqlarının pozulması, ətraf mühitə dəyən zərərin qarşısını almaq və aradan qaldırmaq üçün lazımi təminatların olmaması; Bununla birlikdə, bir sıra müsbət tədbirlərə baxmayaraq, hava keyfiyyətinə nəzarət sistemi hələ də qüsurludur və çirklənmənin tam mənzərəsini vermir; sənaye sektorundan gələn çirklənmə məsələsi də tənzimlənmir.

Namaxvani SES kaskad layihəsi hesabat ilində ictimaiyyətin xüsusi diqqət mərkəzində olmuşdur. Əhalinin, mütəxəssislərin və vətəndaş cəmiyyətinin əsas narahatlığı, layihənin icrası vəziyyətindəki geoloji və seysmik risklər, sürüşmə ilə bağlı təhdidlər, gözlənilən mikroiqlim dəyişiklikləri, ümumiyyətlə cəmiyyətdəki ekoloji və sosial-iqtisadi vəziyyəti pisləşdirir. Bundan əlavə, layihənin iqtisadi və enerji faydaları da sual altındadır. Eyni zamanda, layihənin ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatının ictimai dinləməsi problemli idi və bu da cəmiyyətin layihəyə inamsızlığını daha da artırdı.

Mədəni irsın qorunması ilə əlaqədar yetərsiz və qeyri-effektiv qanunvericilik tənzimləməsi, habelə düzgün aparılmayan qoruma-reabilitasiya prosesi unikal Dünya Mirası Sahəsinə - misilsiz Gelati freskalarına ciddi ziyan vurulmasının səbəblərindən biri halına gəldi. Xalq Müdafiəçisi tərəfindən məsələnin araşdırılması, layihə sənədlərinə görə, üst-üstə düşməkdə xüsusi bir metodologiyanın istifadəsinin düzgün əsaslandırılmış üstünlükləri və ehtiyaclarının olmadığını aşkar etdi. Lakin icazə verilməsi mərhələsində istifadə olunan materiallar yoxlanılmamışdır. Gelati ilə yanaşı digər mədəni irs sahələrinin vəziyyəti də diqqət çəkir. 2020-ci ilin sonunda Gürcüstanda nəsli kəsilməkdə olan abidələr siyahısına daxil edilmiş Abidələr və Yerlər Beynəlxalq Şurası ICOMOS-un yaydığı bir hesabat: Batumi Urban Mirası, Khada Dərə, Davit Gareji Samonro. Bu abidələrin düzgün qorunması və müvafiq effektiv addımların atılması dövlətin qeyd-şərtsiz bir borcudur.

Parlament hesabatında ölkədə insan hüquqları təhsili məsələsi də nəzərdən keçirilir. 2020-ci ildə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə əməkdaşlıq nəticəsində müəllimlər üçün onlayn təhsil kursu hazırlanmışdır. Təəssüf ki, siyasət sənədlərinin hazırlanmasında (insan hüquqları təhsili strategiyası və fəaliyyət planı) və məktəblərdə prozelitizm / dini təlqin hallarının təşəbbüskar şəkildə müəyyənləşdirilməsində heç bir irəliləyiş əldə etmədik. Lakin rəqəmsal vətəndaşlıq təhsilinin ümumi təhsil sisteminə inteqrasiya səviyyəsi hələ də Avropa Şurası və Uşaq Hüquqları Komitəsi tərəfindən müəyyən edilmiş müasir standartlara cavab vermir.

Uşaqların hüquqi vəziyyəti baxımından hesabat dövründə uşaqlara qarşı zorakılıq faktları hələ də yüksək idi. 2020-ci ildə uşaqlara qarşı 1818 zorakılıq hadisəsi təsbit edildi. Buna baxmayaraq, birbaşa zorakılığın qurbanı olan uşaqlar üçün ünvanlı dövlət xidmətləri hələ təqdim edilməyib. Uşaqlara qarşı ailədaxilində zorakılığının qarşısının alınması, qurbanların qorunması və onlara kömək edilməsi hələ də problemlidir, bunun üçün sosial işçilər və psixoloqların vaxtında artırılması çox vacibdir. Ölkə daxilində yalnız 268 sosial işçi və 12 psixoloq müxtəlif problemləri olan minlərlə yetkinlik yaşına çatmayanlarla işləməli olur. Uşaq intiharının qarşısını almaq da problem olaraq qalır. 2020-ci ildə 14 yeniyetmənin intiharı və 54 intihara cəhd hadisəsi olmuşdur. Məsələnin aktuallığına baxmayaraq, dövlət hələ də aradan qaldırılması üçün xüsusi bir strategiya və fəaliyyət planı hazırlamayıb.

Bəzi uşaqların, xüsusən bölgələrdə yaşayan və yoxsulluqda olan yetkinlik yaşına çatmayanlarla əlaqəli təhsil hüququnu təhlükə altına qoyan məsafədən təhsil prosesində problemlər də müəyyən edilmişdir. Şagirdlərin təhsil almaqlarını dayandırmaq nisbəti hələ də yüksəkdir.

Pandemiyanın ailələrin sosial-iqtisadi vəziyyətinə kəskin mənfi təsir göstərməsi də diqqət çəkir. Gürcüstanda, 2020-ci ilin yanvarından dekabr ayına qədər yaşayış müavinəti alan uşaqları olan ailələrin sayı 71766-dan 87527-ə, bu proqrama cəlb olunan yetkinlik yaşına çatmayanların müavinət götürənlərin sayı 152.353-dən 186.131-ə yüksəldi.

Mövsümi işlərdə ev təsərrüfatları və xaricdəki müvəqqəti əmək miqrasiyası dövründə yetkinlik yaşına çatmayanlar tədris prosesinə cəlb edilmir. Bu dövrdə, yaşlarına və fiziki inkişaflarına uyğun olmayan ağır, sıx bir qrafikdə və zərərli bir mühitdə çalışmaq məcburiyyətində qalırlar; Çox vaxt onların da uyğun yaşayış şəraiti olmur. Pandemiya zamanı küçələrdə yaşayan və işləyən uşaqlar xüsusilə qorunmaz vəziyyətdə idilər.

Dini internat məktəblərində yaşayan yetkinlik yaşına çatmayanların hüquqi vəziyyətinin qorunması və monitorinqi problem olaraq qalır. Ninotsminda internat məktəbi, nümayəndəliyi bir internat məktəbində yaşayan yetkinlik yaşına çatmayanların hüquqi statusunu qorumaq məsələsini son dərəcə yüksək tutan və internat məktəblərində onsuz da yüksək səviyyəli institusional zorakılıq riskini artıran bir sosial işçinin ziyarətinə qarşı çıxan bir hadisəyə diqqət çəkir.

2020-ci ildə məhdud imkanlı şəxslərin hüquqları baxımından vacib qanunvericilik və tənzimləyici aktların qəbul edilməsi və ölkənin daxili qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması xoş qarşılanır. Bununla birlikdə, Xalq Müdafiəçisinin bir sıra tövsiyələri nəzərə alınmır və BMT-nin məhdud imkanlı şəxslər Hüquqları Konvensiyasının həyata keçirilməsi üçün heç bir ciddi addım atılmayıb.

Pandemiya dövründə ictimai nəqliyyatdakı məhdudiyyətlər reabilitasiya proqramlarından faydalananlar üçün böyük bir maneə oldu. Məhdud imkanları olan tələbələrin və DSX-lərin inklüziv təhsil prosesinə düzgün cəlb edilməsi olduqca çətin idi.

Ölkənin ən həssas və həssas qruplarından biri qocalardır. Ünvanlı sosial yardım proqramında qeydiyyata alınan əhalinin 25% -dən çoxu yaşlı insanlardır. Bu şərtlər altında, təəssüf ki, bu günə qədər yeni bir qocalmanın fəaliyyət planı hazırlanmadı və 2017-2018 fəaliyyət planının yarıdan çoxu yerinə yetirilmədi. Vəziyyət dəyişməyib və yaşlılar hələ də pensiya krediti ödəmək üçün təqaüdlərinin 50% -ni ödəyirlər ki, bu da onların sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdırır.

Hesabatda Daxili İşlər Nazirliyində və Xüsusi Penitensiar Xidmətdə məcburi hərbi qulluqçuların hüquqi vəziyyətinə xüsusi diqqət yetirilir. Daxili İşlər Nazirliyindəki kazarma rejimindəki hərbi qulluqçuların aylıq maaşı 40 lari, kazarma rejimindəki hərbi qulluqçuların maaşları 3 gündə bir dəfə 24 lariyi təşkil edir. Xüsusi Penitensiar Xidmətin üç gündə bir dəfə xidmət edən hərbi qulluqçularının maaşı 52 lari-dır və onla bu məbləğlə nəqliyyat xərclərini, habelə gigiyena əşyaları və qida almaq xərclərini ödəməlidirlər. Eyni xidmətdəki 17 saylı kazarmasında xidmət edən müddətli hərbi qulluqçuların aylıq maaşı cəmi 5 laridir, bu da ildə iki dəfə evə getmək üçün də yetərli deyil. Hesabatda hərbi qulluqçuların yaşayış şəraitinin ətraflı şəkildə müzakirə olunduğu bildirilir.

Dövlətdə məcburi köçkünlərqaçqınlar baxımından dövlət 42370 ailəni yerləşdirmişdir, 40131 ailə isə hələ yerləşdirilməsini gözləyir. Düzdür, 2020-ci ildə, əvvəlki illərdən fərqli olaraq, deyilənlərin ən çox sözdə sökülmə yeri - 96 bina və orada yaşayan 711 ailə köçürüldü, göstərilən səylərə baxmayaraq problemlər qalmaqdadır. Məcburi köçkünlərdən əlavə eko-miqrantların hüquqlarının qorunması da vacib idi. Yerli hökumətlərin ekoloji miqrasiyanın qarşısının alınmasına diqqət yetirməsi vacibdir və illərdir trend olan yalnız nəticələrin aradan qaldırılmasına deyil. Profilaktik tədbirlərin xüsusi əhəmiyyəti həm keçən il Acarıstan Muxtar Respublikasının Xelvaçauri Bələdiyyəsinin Jocho kəndi məsələsində, həm də Tbilisidə davam edən sürüşmə prosesləri kontekstində aydın oldu.

Xalq Müdafiəçisinin dəyərləndirməsinə görə, təəssüf ki, hesabat ilində də milli azlıqların qorunması və vətəndaş inteqrasiyası ilə bağlı problemlər aradan qaldırılmadı. Milli azlıqların siyasi inteqrasiyası və qərar qəbuletmə prosesində iştirakı, təhsil hüququ aşağı səviyyədədir. Milli azlıqların mədəniyyətinin qorunması və təbliği üçün həyata keçirilən tədbirlər kifayət deyil.

Dini etiqad azadlığı və din azadlığı fəslində 2020-ci il üçün bəzi vacib problemlər müzakirə olunur: dominant olmayan dini birliklərə qarşı vergi və dövlət əmlak haqqındakı qanunvericiliyin ayrı-seçkilik edən normaları, təxmini nifrət səbəbiylə olan cinayətlər və araşdırmalarının qeyri-effektivliyi, pandemiya dövründə höküət tərəfindən dini birliklərə qarşı göstərilən qeyri-bərabər yanaşma faktları və açıq şəkildə antisemitizm və dini ayrıseçkilik edən açıqlamalar verildi.

Pandemiya, sığınacaq axtaranlar, qaçqınlar və ya humanitar statusu olan insanlar, qeyri-qanuni, sənədsiz və ya qeyri-rəsmi işləyən miqrantlar da daxil olmaqla, əcnəbilərin hüquqi vəziyyətinə xüsusilə ciddi təsir göstərmişdir.

Sosial-iqtisadi dəstək proqramının tərkib hissəsi, haansı ki, maaşsız qalan şəxlərin aylıq maddi yardımını nəzərdə tuturdu, Gürcüstanda iş haqqı olan əcnəbiləri əhatə etmirdi, bu da onları həssas vəziyyətə salanldı. Başqa bir böyük problem, miqrantların evsizlər üçün bələdiyyə sığınacaq proqramlarından kənarlaşdırılması idi. Beynəlxalq qoruma və miqrantlar üçün yaşayış icazəsi vermə nisbəti hələ də aşağı idi.

Vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu baxımından, vətəndaşlığı olmayan şəxs statusunun müəyyənləşdirilməsinə görə ödənişin məbləği 2020-ci ilin sonuna qədər yarıya endirilməli idi. Bununla birlikdə, dövlət, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 2019-cu il oktyabr toplantısında könüllü öhdəliyini yerinə yetirmədi.

Xalq Müdafiəçisi yeni koronavirusun vurduğu ziyanı azaltmaq üçün 2020-ci ildə hökumətin təsdiqlədiyi sosial-iqtisadi dəstək proqramları alanlar arasında vətəndaşlığı olmayan şəxslərin nəzərə alınmasını müsbət qiymətləndirir. Lakin müvəqqəti yaşamaq üçün icazəsi olan vətəndaşlığı olmayan şəxslərin, həqiqətən, həssas ailələrə aylıq pul yardımı göstərən hökumətin böhran əleyhinə sosial paket proqramından faydalanmaq imkanlarından məhrum olması problemlidir.

2020-ci ildə İnsan Hüquqları Müdafiə İdarəsinə insan hüquqları pozuntuları ilə əlaqədar 5698 hesabat daxil olub, bunlardan 3859-u qəbul edilə bilən elan edildi. Qaynar xəttdə 8270 zəng qəbul edildi. Şərqi və Qərbi Gürcüstanın regional ofisləri 5,684 maraqlı şəxsə telefon və şəxsi məsləhətlər verdilər; Əhali və müxtəlif yerli təşkilatların nümayəndələri ilə 618 görüş keçirilmişdir.

Fərdi müraciətlərə baxılması nəticəsində Xalq Müdafiəçisi 2020-ci ildə 107 tövsiyə / təklif hazırlayaraq göndərdi. Bunlardan 10-u Gürcüstan Baş Prokurorluğuna, 7-si Ədliyyə Nazirliyinə göndərilib. 25 xüsusi hesabat hazırlanmış, 6 konstitusiya iddiası və 6 məlumat Avropa Şurası Nazirlər Komitəsinə göndərilmişdir. 11 məhkəmə dostunun rəyləri hazırlanıb göndərildi. Hesabat dövründə Xalq Müdafiəçisi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək 2 iş üzrə üçüncü şəxs qismində iştirak etmişdir.

Cinayət Ədliyyəsi Departamentinin işçiləri cəzaçəkmə müəssisələrinə 286 dəfə baş çəkdilər, həbsdə olan və saxlanılan 1159 nəfəri ziyarət etdilər. Milli Ruh Sağlamlığı Mərkəzinə 15 ziyarət edildi və 46 xəstə ziyarət edildi. Xüsusi profilaktika qrupu 10 cəzaçəkməəssisəsinə 28 dəfə, 38 dəfə - 28 müvəqqəti saxlama təcridxanasına, 61 polis bölməsinə, 6 psixiatriya müəssisəsinə 6, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Mərkəzinə 2 dəfə baş çəkdi. Karantin verilən ərazilərdə 124 uzaqdan reportaj aparılmışdır. Müdafiə sahəsində insan hüquqlarının müdafiəsi sahəsində Xalq Müdafiəçisi Aparatı Gürcüstan Müdafiə Nazirliyinin nəzdindəki 8 hərbi hissəni, Gürcüstan Daxili İşlər Nazirliyinin 16 hərbiləşdirilmiş hissəsini, Xüsusi Penitensiar Xidmətin 4 müəssisəsini ziyarət etdi .

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)