Yeni xəbərlər

Gürcüstanın Xalq Müdafiəçisi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Qafqaz missiyasının direktoru ilə görüşüb

12 sentyabr 2022-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomjaria ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Qafqaz missiyasının direktoru Con Pennell ilə görüşüb.

Tanışlıq görüşündə Nino Lomjaria qonağı ölkədə insan hüquqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyətlə tanış edib və Xalq Müdafiəçisi Aparatının fəaliyyəti ilə tanış edib. Həmçinin, Avropa İttifaqına üzv olmaq perspektivi çərçivəsində Avropa Komissiyasının 12 tövsiyəsinin icrası, o cümlədən müstəqil institutların vəziyyəti, məhkəmə və hüquq-mühafizə sistemində islahatlar prosesi, insan hüquqlarının pozuntuları ilə bağlı mühüm və səs-küylü işlərdən danışılıb.

Tərəflər USAİD ilə Xalq Müdafiəçisi Aparatı arasında bağlanmış sazişi müzakirə ediblər, onun məqsədi Gürcüstanda insan hüquqlarının təşviqi və Xalq Müdafiəçisi Aparatının, xüsusən də regionlarda fəaliyyətinin gücləndirilməsinə dəstək olmaqdır.

Gürcüstanın Xalq Müdafiəçisi ABŞ əhalisinin və USAİD-in onilliklər ərzində Gürcüstana göstərdiyi dəstəyə və köməyə görə cənab Con Pennelə təşəkkür edib.

Görüşdə Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze və USAİD-in Gürcüstandakı Demokratiya, İnsan Haqları və İdarəetmə Ofisinin nümayəndələri Liza Kovak və Korin Rotblum da iştirak ediblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)