Gürcüstanın Xalq Müdafiəçisi son saatlar Tbilisi küçələrində baş verən hadisələrə münasibət bildirib
Gürcüstanın Xalq Müdafiəçisi dəfələrlə izah edib ki, dinc toplantı beynəlxalq və milli standartlarla qorunur. Yığıncaq və ya nümayişin təşkili və keçirilməsi zamanı Gürcüstanın konstitusiya quruluşunun devrilməsinə və ya zorakılıqla dəyişdirilməsinə çağırış yolverilməzdir, ona görə də toplantı iştirakçılarının etirazlarını bildirərkən qanunla qorunan hüdudlardan kənara çıxmamaları vacibdir. Bundan əlavə, mitinqin təşkilatçılarının üzərinə xüsusi məsuliyyət düşür, onlar toplantını dinc şəraitdə keçirməyə və iştirakçıları qanunsuz zorakılıq hərəkətlərinə çağırmamağa borcludurlar; və güc tətbiq edildiyi halda polis ciddi zərurət və mütənasiblik sınağına uyğun hərəkət etməlidir.
Həmçinin, Tbilisinin müxtəlif yerlərində davam edən toplantılar fonunda dinc toplantıların iştirakçılarının konstitusiya ilə qorunan hüquqlarını həyata keçirmələrinin məhdudlaşdırılmaması və onlara qarşı polis gücündən istifadə edilməməsi vacibdir.
Eyni zamanda media nümayəndələri də öz fəaliyyətlərini maneəsiz həyata keçirə bilməlidirlər. Xalq Müdafiəçisi hər kəsin nəzərinə çatdırır ki, jurnalistin peşə fəaliyyətinə qanunsuz maneçilik törətməyə görə cinayət məsuliyyəti müəyyən edilib.