Yeni xəbərlər

Gürcüstanın Xalq Müdafiəçisinin Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya ilə Mübarizə Günü ilə bağlı bəyanatı

2004-cü ildən etibarən 17 May dünyanın 130-dan çox ölkəsində Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiyaya Qarşı Mübarizə Günü kimi qeyd olunur.

Mövcud hüquqi təminatlara və insan hüquqlarının müdafiəsi mexanizmlərinə baxmayaraq, LGBT+ insanların hüquqi statusu Gürcüstanda hələ də ciddi problem olaraq qalır, xüsusilə səhiyyə, təhsil, məşğulluq, sərbəst toplaşmaq və ictimai məkanda ifadə azadlığı.

O da əlamətdardır ki, son dövrlərdə ictimaiyyət nümayəndələri tərəfindən səsləndirilən təhqiramiz və nifrət dolu ifadələr ölkədə bərabərhüquqlu mühitin yaradılmasının qarşısını alır, ayrı-seçkiliyi yenidən gündəmə gətirir.

Məhz LGBT+ şəxslərinin ifadə azadlığı kontekstində Gürcüstana qarşı baxılan işlərdə Avropa İnsan Hüquqları Məhkəməsi hakimiyyətin bütün mümkün vasitələrdən, məsələn, heç bir qeyri-müəyyənlik olmadan açıq bəyanatlar vasitəsilə istifadə etmək öhdəliyini, tolerant, barışdırıcı mövqeni müdafiə etməyi vurğulayır.

İnsan hüquqlarının müdafiəsi məqsədilə hazırlanmış dövlət siyasət sənədlərində LGBT+ qrupunun ümumiyyətlə qeyd edilməməsi vəziyyəti daha da ağırlaşdırır.

Müvafiq olaraq, Xalq Müdafiəçisi qeyd edir ki, bütün məsul qurumlar LGBT+ insanların hüquqlarının pozulması faktlarına qarşı effektiv profilaktik reaksiya göstərməlidirlər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)