Yeni xəbərlər

Gürcüstanın Xalq Müdafiəçisi Batumidəki 3 saylı Cəzaçəkmə Müəssisəsində olub

29 mart 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Batumi 3 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkib, burada yüksək riskli məhbuslarla görüşüb, onların problemlərini dinləyib və mandat çərçivəsində köməklik göstərəcəyini vəd edib. O, həmçinin qurumun direktoru ilə görüşüb və qurumda insan hüquqlarının müdafiəsi ilə bağlı qarşıda duran vəzifələri müzakirə edib.

Səfər zamanı Xalq Müdafiəçisi Batumi Penitensiar Müəssisəsinin yaşayış və ümumi sahələrinin infrastrukturu ilə tanış olub.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)