Yeni xəbərlər

Gürcüstanın Xalq Müdafiəçisi Estoniyada işgüzar görüşlər keçirib

30-31 may 2022-ci il tarixlərində Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomjaria Estoniya Ombudsmanının dəvəti ilə Tallinndə ikitərəfli işgüzar görüş keçirmişdir. İclasda Xalq Müdafiəçisinin müavini Tamar Qvaramadze və Giorgi Burcanadze və Uşaq Hüquqları Departamentinin rəhbəri vəzifəsini icra edən Ketevan Soxadze də iştirak ediblər.

Tərəflər iki qurum arasında əməkdaşlığın gücləndirilməsi imkanlarını, səlahiyyətlərini, fəaliyyət istiqamətlərini və cari vacib məsələləri müzakirə ediblər. Gürcüstan nümayəndə heyəti Estoniya ombudsmanının konstitusiya icraatı və ədliyyə sahəsində görülən işlər ilə tanış olub. Həmçinin uşaqların, o cümlədən zorakılığın qurbanı olmuş uşaqların müdafiəsi və dəstəklənməsi üzrə dövlət proqramlarının və ya xidmətlərinin əhəmiyyəti və onların fəaliyyət göstərməsi xüsusi vurğulanıb.

Ukraynalı qaçqınlara yardımın ən yaxşı təcrübələri, uşaqların rifahı üçün ən yaxşı təcrübələr, onların hüquqlarının müdafiəsi və təşviqi, ümumilikdə yetkinlik yaşına çatmayanlara, həmçinin zorakılıqdan zərər çəkmiş uşaqlara dəstək xidmətləri müzakirə edilib. Qeyd edək ki, uşaqların, o cümlədən Ukraynadan olan məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə tanış olmaq üçün Gürcüstanın Xalq Müdafiəçisi Sosial Sığorta Şurası, uşaq evində (“Barnaxus”) və sərhədd polisi ilə görüşlər keçirib.

İkitərəfli görüşlərdə Estoniya Ombudsman Aparatı ilə Gürcüstanın Xalq Müdafiəçisi arasında gələcək əməkdaşlıq məsələləri, qurumların fəaliyyəti və prioritetlər də müzakirə olunub.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)