Yeni xəbərlər

Xalq müdafiəçisi Axalkalaki, Kumurdo və Kari yeparxiyasının mitropoliti ilə görüşüb

24 avqust 2023-cü il tarixində Samtsxe-Cavaxetiyada olan Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Axalkalaki, Kumurdo və Kari Yeparxiyasının mitropoliti, möhtərəm Nikoloz Paçuaşvili ilə görüşdü.

Görüşdə regionda mövcud olan problemlər, bölgə sakinlərinin çoxmillətli olması nəzərə alınmaqla pravoslav kilsəsinin rolu; Kilsə və monastırların bərpası, mədəni irsin mühafizəsi vəziyyəti də müzakirə olunub.

Görüşdən sonra xalq müdafiəçisi Axalkalakidəki Müqəddəs Mikayıl Baş mələk kafedralını ziyarət edib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)