Yeni xəbərlər

Xalq Müdafiəçisi Danimarka Krallığının səfiri ilə görüşüb

13 iyun 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Danimarka Krallığının Gürcüstan və Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ane Toft Sorensen ilə görüşüb.

Giriş iclasında ölkədə insan hüquqlarının müdafiəsinin ümumi vəziyyəti müzakirə edilib, Xalq Müdafiəçisi səlahiyyətləri və prioritetləri barədə danışılıb.

Səfir Xalq Müdafiəçisini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və gələcək əməkdaşlığa hazır olduğunu bildirib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)