Yeni xəbərlər

Xalq Müdafiəçisi BMT-nin Qadınlar Təşkilatının Gürcüstandakı nümayəndəsi Kaori İşikava ilə görüşüb

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani BMT-nin Qadınlar Təşkilatının Gürcüstandakı nümayəndəsi Kaori İşikava ilə görüşüb.

Görüşdə gender bərabərliyi, Gürcüstanda qadınların iqtisadi və hüquqi statusu məsələləri müzakirə olunub. Qadın qətli məsələsinə xüsusi diqqət yetirilib. Xalq Müdafiəçisi qadınların cinsi zəminində qətlə yetirilməsinin qarşısının alınması istiqamətində aparatın fəaliyyətini xüsusi vurğulayıb.

Görüşdə təşkilatlar arasında tərəfdaşlığın gücləndirilməsi və qadınların hüquqi statusunun yaxşılaşdırılması istiqamətində sıx əməkdaşlıq məsələlərinə də toxunulub.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)