Yeni xəbərlər

Xalq Müdafiəçisi Qabal, Uzuntala və Baisubani sakinləri ilə görüşüb

12 aprel 2024-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Kaxeti bölgəsinin Laqodexi bələdiyyəsində olmuş, üç kəndin, Qabal, Uzuntala və Baisubani kəndlərinin sakinləri ilə görüşmüşdür.

Xalq Müdafiəçisi yerli əhalini, o cümlədən etnik azlıqları maraqlandıran məsələləri dinləyib, onlarla Xalq Müdafiəçisinin fəaliyyəti, parlamentin hesabatında qaldırılan məsələlər barədə danışıb. Xalq Müdafiəçisi diqqəti erkən yaşda nikah və nişanlanmaya yönəldib və qeyd edib ki, bu çağırışa cavab vermək üçün həm dövlət, həm də cəmiyyət tərəfindən sistemli yanaşma lazımdır.

Əhali əsasən yol və su təchizatı infrastrukturunun təşkilinin zəruriliyindən, eləcə də uşaq bağçalarının çatışmazlığından və onların coğrafi cəhətdən əlçatanlığından danışıb. Bundan əlavə, kənd üçün, xüsusilə gənclər üçün idman və mədəniyyət obyektlərinin inkişafının vacibliyini, bununla bağlı maliyyə vəsaitinin artırılmasının vacibliyini vurğulayıblar.

Baysubanda Xalq Müdafiəçisi gənclərə insan hüquq və azadlıqları, təhsil hüququ, uşaq hüquqlarının qorunmasının vacibliyi və digər mövzularda danışıb, onları maraqlandıran sualları cavablandırıb.

Xalq Müdafiəçisi daim Gürcüstanın rayonlarının sakinləri ilə görüşür, onların hüquqi vəziyyəti barədə məlumat verir və yerli və ya mərkəzi orqanlara mövcud problemlərin həlli yollarını təklif edir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)