Xalq Müdafiəçisi Böyük Britaniyanın Gürcüstandakı səfiri ilə görüşüb
5 avqust 2025-ci ildə Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord ilə görüşüb.
İclasda insan hüquqlarının müdafiəsi baxımından Gürcüstanda mövcud vəziyyət, son çağırışlar, onların aradan qaldırılması üçün Xalq Müdafiəçisinin rolu və fəaliyyəti müzakirə olunub. Xalq müdafiəçisinin parlamentdə illik hesabatlarında əksini tapmış tövsiyələrin icrasının vəziyyətinə xüsusi diqqət yetirilib.
Böyük Britaniya səfiri Gürcüstanın Xalq Müdafiəçisi Aparatına dəstəyini ifadə edib. Tərəflər gələcək əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Görüşdə Xalq Müdafiəçisinin müavini Elene Quduşauri və Böyük Britaniya səfirliyinin siyasi müşaviri Aleksandra Şeppard da iştirak ediblər.