Yeni xəbərlər

Xalq Müdafiəçisi Türkmənistanın Ombudsmanı ilə görüşüb

Türkmənistanın İnsan Hüquqları üzrə Komisarı (Ombudsman) Yazdursun Qurbannazarova, Türkmənistan Ombudsmanının müavini Nuri Komekov və Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin attaşesi Bagül Kərimova Gürcüstanın Xalq Müdafiəçisi Aparatında işgüzar səfərdə olublar.

İyulun 25-də Türkmənistanın ombudsmanı Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani və xalq müdafiəçisinin müavinləri ilə görüşüb. Tanışlıq görüşündə Xalq Müdafiəçisi Aparatın fəaliyyətinin qabaqcıl təcrübəsini qonaqlarla bölüşüb.

İşgüzar səfər çərçivəsində Türkmənistan nümayəndə heyəti Xalq Müdafiəçisi Aparatının ayrı-ayrı bölmələri, o cümlədən Milli Profilaktika Mexanizminin üzvləri, Gender, Uşaq Hüquqları, Məhdud İmkanlıların Hüquqları, İnsan Hüquqları üzrə Maarifləndirmə və Bərabərlik departamentlərinin əməkdaşları, eləcə də Tolerantlıq Mərkəzinin nümayəndələri ilə görüşlər keçirir.

Xalq Müdafiəçisi Aparatının regional idarələrinin əməkdaşlarının iş xüsusiyyətləri ilə tanış olmaq üçün Qori ofisinə səfər nəzərdə tutulub.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)