Yeni xəbərlər

Xalq Müdafiəçisi Vatikan səfiri ilə görüşüb

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Müqəddəs Taxt-Tacın Gürcüstandakı nümayəndəsi (Vatikanın səfiri) Zati-aliləri Arxiyepiskop Xose Betankur ilə görüşüb.

Arxiyepiskop Xalq Müdafiəçisini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və qurumlar arasında uzunmüddətli əməkdaşlığı vurğulayıb. Levan İoseliani Gürcüstandakı katolik kilsəsinin tarixi keçmişinə xüsusi diqqət yetirib və qeyd edib ki, dini konfessiyaların dəstəklənməsi Xalq Müdafiəçisinin əsas prioritetlərindən biridir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)