Azyaşlı ilə bağlı KİV-də Yayılan Məlumatla bağlı Xalq Müdafiəçisinin bəyanatı
Xalq Müdafiəçisi kütləvi informasiya vasitələrində yetkinlik yaşına çatmayan şəxslə bağlı yayılan yoxlanılmamış, şəxsiyyəti müəyyənləşdirən məlumatlara münasibət bildirir və vurğulayır ki, yetkinlik yaşına çatmayanlar haqqında məlumatların yayılması onun şəxsi həyatını və ləyaqətini pozmamaq, onun ictimai qınaq obyektinə çevrilməməsi üçün xüsusi ehtiyatlılıq və məsuliyyət tələb edir.
Xalq Müdafiəçisi KİV-ləri məlumat yayarkən, yetkinlik yaşına çatmayanın şəxsi məlumatlarının açıqlanmaması, şəxsiyyətinin müəyyən edilməməsi, milli və beynəlxalq standartlara uyğun olaraq uşağın mənafeyinin müdafiəsi üçün xüsusi ehtiyatlılığı rəhbər tutmağa çağırır.