Yeni xəbərlər

Raçada təbii fəlakət nəticəsində baş vermiş faciə ilə bağlı Xalq Müdafiəçisinin Bəyanatı

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani avqustun 3-də Raçada baş vermiş təbii fəlakət nəticəsində baş vermiş faciədən kədərləndiyini bildirir, mərhumların ailə üzvlərinə və yaxınlarına başsağlığı verir.

Xalq Müdafiəçisi xilasetmə əməliyyatında iştirak edən hər bir şəxsə göstərdiyi səylərə və fədakarlığa görə təşəkkür edir və səylər nəticəsində indiyədək itkin düşənlərin hamısının sağ-salamat ailələrinə qayıdacaqlarına ümid edir.

Təəssüflər olsun ki, belə böhranlı vəziyyətdən çıxmaq üçün lazım olan texniki avadanlığın çatışmazlığı bir daha özünü büruzə verdi ki, bu da insanların həyat və sağlamlıq hüququnun qorunması ilə birbaşa bağlıdır.

Xalq Müdafiəçisi mandatı çərçivəsində baş vermiş hadisə və vətəndaşların təhlükəsiz mühitdə yaşamaq hüququnun həyata keçirilməsi məsələlərini araşdıracaq.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)