Yeni xəbərlər

Etiraz aksiyasında baş verənlərlə bağlı xalq Müdafiəçisinin bəyanatı

Gürcüstanın Xalq Müdafiəçisi Aparatı Tbilisidə parlamentin yaxınlığında toplaşanların monitorinqini davam etdirir.

16 aprel 2024-cü il saat 22:00-a qədər Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçılarına qarşı güc tətbiq etməyə başlayıb. KİV-in məlumatına görə, bibər qazından istifadə edilib.

Gürcüstanın Xalq Müdafiəçisi bir daha vurğulayır ki, sərbəst toplaşmaq azadlığına müdaxilə yalnız aksiya zorakılıq və/və ya qeyri-qanuni xarakter daşıdıqda yol verilir, eyni zamanda güc tətbiqi ciddi zərurət və mütənasiblik sınağına cavab verməlidir.

Gürcüstanın Xalq Müdafiəçisi Daxili İşlər Nazirliyini təhlükəsiz şəraitdə bütün vətəndaşların ifadə və sərbəst toplaşma azadlığının qorunmasını təmin etməyə, güc tətbiq edildiyi halda isə müvafiq beynəlxalq standartlara əməl etməyə çağırır.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)