Yeni xəbərlər

Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə xalq müdafiəçisinin Bəyanatı

İnsan hüquqları müdafiəçilərinin fəaliyyətləri ölkədə insan hüquqlarının müdafiəsinin yüksək səviyyədə qurulmasına, demokratiyanın keyfiyyətinə, hökümətin bərabərliyinə, qanunun üstünlüyünə və hesabatlılığını artırmaqda xüsusi töhfə verir. İnsan haqları problemləri ilə bağlı ictimaiyyətin məlumatlılığını artırmaq üçün göstərdikləri səylər də diqqətəlayiqdir.

9 dekabr 1998-ci ildə BMT-nin Baş Asambleası insan hüquqları müdafiəçilərinin qorunması və onların fəaliyyətlərinin qorunmasını təmin edən İnsan Hüquqları Müdafiəçiləri Bəyannaməsini qəbul etdi, ən vacib hüquq və prinsipləri bir araya topladı. 9 dekabrın qeyd olunması məhs insan hüquqları müdafiəçilərinin fəaliyyətinin qiymətləndirilməsi və dəyərləndirilməsi ilə bağlıdır.

Dövlətlər yekdilliklə qəbul etdikləri Bəyannaməni 22 il əvvəl həyata keçirməyə yüksək səviyyədə hazır olduqlarını nümayiş etdirsələr də, dünyada hələ də insan haqları müdafiəçilərinin damğalanması, onlara qarşı cinayət əməlləri və hüquqlarının pozulması hallarına tez-tez rast gəlinir. Bu il koronavirus pandemiyası və onun yayılmasının qarşısını almaq üçün qoyulmuş qadağalar onların fəaliyyətlərinin rahat həyata keçirilməsi üçün əlavə problemlər yaratdı[1] Eyni zamanda, pandemiyaya cavab olaraq insan hüquqlarının məhdudlaşdırılması rıçaqlarının artırıldığı mövcud vəziyyətdə, insan haqları müdafiəçilərinin rolu və səylərinin demokratik cəmiyyətlərdə daha da artdığını qeyd etmək lazımdır.

Milli səviyyədə insan hüquqları müdafiəçilərinin üzləşdiyi çətinliklər son illərdə Gürcüstanın xalq müdafiəçisi tərəfindən yaxından izlənilir və parlament hesabatının müstəqil bir fəsli ilə 2018-ci ildən başlayaraq bu baxımdan mövcud vəziyyəti qiymətləndirir.

Xalq müdafiəçisi tərəfindən aparılan monitorinq insan haqları müdafiəçilərinə edilən hücumlarda bir sıra uğursuz tendensiyaları aşkar etdi. Xüsusi narahatlıq yüksək vəzifəli məmurların demokratik inkişaf üçün kritik məsələlər üzərində işləyən təşkilatların nümayəndələrini nüfuzdan salması ilə bağlı qəbuledilməz təcrübəsidir ki,[2] bu da bir neçə halda bu il də baş verdi.[3]

Bundan əlavə, keçmişdə olduğu kimi,[4] qadın hüquqları və LGBT + icmasının nümayindələrinin insan haqları müdafiəçilərinə qarşı mümkün cinayət işləri hələ də aktualdır. Bu baxımdan, "Tbilisi Praidin" ofisinə radikal qruplar tərəfindən həyata keçirilmiş hücum faktlarının çoxluğu vurğulanmalıdır.[5]

Xalq müdafiəçisinə görə, hazırda insan haqları müdafiəçilərinin müdafiəsini təmin etmək üçün milli səviyyədə görülən tədbirlər kifayət deyil. Təəssüf ki, hüquq-mühafizə orqanları tərəfindən LGBT + cəmiyyətinin hüquqları üzrə işləyən təşkilatlara qarşı hücumların qarşısını almaq üçün lazımi profilaktik tədbirlər görmürlər. Vəziyyət, qanunvericiliyin insan haqları müdafiəçiləri anlayışına aydınlıq gətirməməsi, onlara qarşı törədilmiş cinayətlərin tam müəyyənləşdirilməsi, müvafiq statistik məlumatların çıxarılması və nəticədə müəyyən edilmiş problemlərin həlli baxımından bir sıra problemlər yaratması ilə çətinləşir.

İnsan hüquqları müdafiəçilərinin qorunması sahəsindəki problemləri nəzərə alaraq, Dövlət Müdafiəçisi 2020-ci ildə izahlı-metodiki xarakterli sənəd olan "İnsan Hüquqları Müdafiəçiləri Məsələsi üzrə Təlimatı" təqdim etdi. İnsan hüquqları müdafiəçiləri konsepsiyasının beynəlxalq standartlarını, fəaliyyətlərinin mahiyyətini və bu baxımdan dövlətin üzərinə götürdüyü vəzifələri, milli insan hüquqları təsisatlarının rolunu və funksiyalarını, habelə İnsan Hüquqları Müdafiəçiləri üçün təhlükəsiz və dəstəkləyici mühit yaratmaq üçün Xalq Müdafiəçisi Aparatı tərəfindən həyata keçirilən tədbirləri izah edir.

Mövcud vəziyyəti nəzərə alaraq, Gürcüstanın xalq müdafiəçisi bir daha hakimiyyəti insan haqları müdafiəçilərini qorumaq və hüquqlarının tam həyata keçirilməsini təşviq etmək üçün təsirli profilaktik və təşəbbüskar tədbirlər görməyə çağırır.


[1] Daha çox məlumat veb saytında mövcuddur: <https://bit.ly/37ymL78> [Son baxış: 04.12.2020].

[2] "Gürcüstanın İnsan Hüquqları və Azadlıqlarının Vəziyyətinə dair" Gürcüstanın xalq müdafiəçisinin 2018-ci il Hesabatı, s. 165-168; Gürcüstan xalq müdafiəçisinin "Gürcüstanın İnsan Hüquqları və Azadlıqlarının Vəziyyətinə dair" 2019-cu il Hesabatı, s. 250-253.

[3] Baxın. Veb saytdakı elanlar:<https://bit.ly/2Y9xbG8>, <https://bit.ly/3190Lhc>, <https://bit.ly/316bmZX>, <https://bit.ly/3ggbsV6> [son baxış : 04.12.2020].

[4] "Gürcüstanın İnsan Hüquqları və Azadlıqlarının Vəziyyətinə dair" Gürcüstanın xalq müdafiəçisinin 2019-cu il Hesabatı, s. 251-252.

[5] Məlumat veb saytında mövcuddur: <https://bit.ly/36ENjEj>, <https://bit.ly/36FTvvQ>, <https://bit.ly/3okLceY>, <https://bit.ly/3omQ0Ap >, <https://bit.ly/3mH2F0P> [Son baxış: 04.12.2020].

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)