Yeni xəbərlər

Xalq Müdafiəçisinin müavini Niderland Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb

18 iyun 2025-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisinin müavini İrine Çixladze Niderlandın Xarici İşlər Nazirliyinin nümayəndələri, o cümlədən Avropa Departamentinin rəhbəri Karolin Ramaekers, bölmə zabiti Mattias Herveyer və Niderland Missiyasının rəhbərinin müavini Mauris Paulusen ilə görüşüb.

Görüşdə İrine Çixladze qonaqları Aparatın mandatı və səlahiyyətləri ilə tanış edib, qurumun cari hadisələrdə rolundan, Gürcüstanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı 2024-cü il üçün parlament hesabatında əksini tapan qiymətləndirmələrdən, o cümlədən davam edən etiraz aksiyaları və digər insan hüquqlarının pozulması zamanı polis tərəfindən həddindən artıq güc tətbiq edilməsi faktlarından danışıb.

Nümayəndə heyətinin üzvləri qeyd ediblər. Niderland Krallığının Gürcüstanda insan hüquqlarının inkişafını dəstəklədiyini və bu məqsədlə Xalq Müdafiəçisi ilə fəal əməkdaşlığı davam etdirəcəyini.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)