Yeni xəbərlər

Xalq Müdafiəçisi Niderland Krallığının Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

Xalq müdafiəçisi Niderland Krallığının Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

2 noyabr 2022-ci il tarixində Gürcüstanın İctimai Müdafiəçisi Nino Lomjaria və İctimai Müdafiəçinin müavini Giorgi Burcanadze Niderlandın Şərq Tərəfdaşlığı üzrə Xüsusi Nümayəndəsi cənab Yaap Frederik, Avropa Qonşuluq və Genişlənmə Siyasəti Koordinatoru Yvette Sepesi ilə və Niderland Krallığının Gürcüstandakı səfiri Mariya Kristina Van Koldamla görüşüblər.

Görüşdə tərəflər Gürcüstanın Avropa İttifaqına daxil olması perspektivini müzakirə ediblər. Qonaqların xüsusi marağına səbəb Avropa İttifaqına üzv namizəd statusunun alınmasına yönəlmiş islahatların həyata keçirilməsi prosesi və Xalq Müdafiəçisinin bu prosesi dəyərləndirməsi olub.

Görüşdə həmçinin Niderlandın Xarici İşlər Nazirliyinin siyasət məmurları Bart van Bergen və Alexander Ackerboom və Niderlandın missiya rəhbərinin müavini Loves Lammerts iştirak ediblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)