Yeni xəbərlər

Ombudsmanın birinci müavini ABŞ səfirliyinin təşkil etdiyi tədbirdə iştirak edib

9 dekabr 2021-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisinin birinci müavini Tamar Qvaramadze Amerika Birləşmiş Ştatlarının Səfirliyi tərəfindən İnsan Hüquqları Gününə həsr olunmuş virtual müzakirədə iştirak etmişdir.

ABŞ-ın Gürcüstandakı səfiri Keli Deqnan çıxışında insan hüquqlarına hörmət və müdafiənin ABŞ və Gürcüstan üçün ortaq dəyər olduğunu vurğulayıb. Ombudsmanın birinci müavini Tamar Qvaramadze və ABŞ səfirliyinin siyasi məsul işçisi Evan Eliot ABŞ və Gürcüstanın insan hüquqları sahəsində təcrübəsini, bu sahədəki çətinlikləri və onların aradan qaldırılması istiqamətində görülən işləri müzakirə ediblər.

Onlayn müzakirədə orta məktəbin Yüksək siniflərin şagirdləri və tələbələr iştirak ediblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)