Xalq müdafiəçisinin nümayəndələri saxlanılan aksiya iştirakçılarına baş çəkib
Xalq Müdafiəçisinin nümayəndələri aprelin 7-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı inzibati qaydada saxlanılan 3 nəfərə baş çəkib.
Onlardan ikisi mümkün həddən artıq güc, şifahi təhqir və polis tərəfindən pis rəftara məruz qaldığını bildirdi.
Xalq Müdafiəçisi Aparatı növbəti hüquqi tədbir görülməsi üçün Xüsusi İstintaq Xidmətinə müraciət edib. İdarə digər pozuntularla bağlı da müvafiq hüquqi tədbirlər görəcək.
İnsan hüquqlarının pozulması ilə bağlı məlumatı 1481 nömrəli Xalq Müdafiəçisinin qaynar xəttinə zəng etməklə verə bilərsiniz.