Yeni xəbərlər

Xalq müdafiəçisinin və Xalq Müdafiəçisi yanında Dinlər və Milli Azlıqların Şuralarının Bəyanatı

Son onilliklərdə Ermənistanla Azərbaycan arasında vaxtaşırı hərbi əməliyyatlar olur. Bizim üçün, Gürcüstan vətəndaşları üçün qonşu dövlətlər arasındakı qarşıdurma, ölən və zərərçəkmiş insanların, qaçqın ailələrinin faciəsi dərin bir ağrıdır.

Müstəqillik qazandıqdan sonra Qafqaz dövlətlərinin inkişafı əksər halda qanlı qarşıdurmalarla əngəllənir. Tarix göstərir ki, Qafqazda bir münaqişəyə başlamaq asandır, lakin təəssüf ki, onların sülh yolu ilə həlli üçün iradə göstərmək çətindir. Son 30 ildə Qafqazdakı müharibələrdə minlərlə insan öldürüldü.

Gürcüstan Gürcüstan vətəndaşlarının vətənidir. Bu səbəbdən bir-birimizə barışıq, dözümlülük və dəstək göstərmək məcburiyyətindəyik və hökumətdən də bunu tələb etməliyik.

Ölkəmizdə və bölgəmizdə sülhə və təhlükəsizliyə dəyər verən bütün Gürcüstan vətəndaşlarını etnik-dini və ya digər səbəblərdən, o cümlədən sosial şəbəkələr vasitəsi ilə nifrət nitqindən istifadə etməkdən mümkün qədər çəkinməyə çağırırıq.

Media nümayəndələrinə müraciət edirik etnik qruplar arasında gərginliyin artmasına və dərinləşməsinə az da olsa töhfə verə biləcək məlumatlardan xüsusi ehtiyatla istifadə olunmalıdır.

Dövlət qurumlarını ölkəmizdə və bölgəmizdə tolerant mühitin qorunması və möhkəmləndirilməsi üçün müvafiq etnik qrupların nümayəndələri, icma və dini liderlər və təşkilatlarla fəal əməkdaşlıq etməyə çağırırıq.

Hər bir insan həyatı bizim üçün dəyərlidir. Münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət hərbi əməliyyatların dayandırılması və sülhə möhkəm zəmanət verilməsi üçün mümkün olan hər şeyi etməlidir.

Bəyanata imza atırlar:

Xalq müdafiəçisi yanında Dinlər Şurasının üzvləri

  • Evangelist-Vəftizçi Kilsəsi
  • Yezidlərin İlahiyyat Şurası
  • Gürcüstan Evangelist Kilsəsi
  • Latın Katoliklərinin Qafqaz Apostol İdarəsi
  • Evangelist-Lüteran Kilsəsi
  • İncil İnamı Kilsəsi
  • Erməni Apostol Müqəddəs Pravoslav Kilsəsinin Gürcüstan Yeparxiyası
  • Evangelist Kilsəsi "Həyat Sözü"
  • Müqəddəs Üçlü Protestant Kilsəsi
  • Məsh olunmuş xristianların kilsəsi
  • Gürcüstan Müsəlmanları Birliyi
  • Gürcüstan Müsəlmanlarının Ali İlahiyyat Bölməsi
  • Qurtuluş Ordusu
  • Dostlar Cəmiyyəti - Kvakerlər
  • Gürcüstanda Svedenborq cəmiyyəti
  • Yeddinci gün Xristyan-Adventist Kilsəsi
  • Gürcüstan Yəhudilər Birliyi
  • Gürcüstan Əhmədiyyə Müsəlmanları Birliyi

Xalq Müdafiəçisi yanında Milli Azlıqlar Şurasının üzvləri

  • Zaur Xəlilov - Mülki İnteqrasiya Fondu
  • Mari Arakelova - Gürcüstan Erməniləri Birliyi
  • Mari Mikoyan - „GENERATION I“
  • Leyla Məmmədova - Gürcüstanın Azərbaycanlı Gənclər Birliyi
  • Van Bayburt - "Vrastan" qəzeti
  • Xaladin Elçuev - "Gürcistan" qəzeti
  • Susana Xaçatryan - Gürcüstanın "Şuşanik" Erməni Qadınlar Birliyi
  • Leyla Süleymanova - Azərbaycan Qadınları Birliyi
  • Yekaterina Bitkaş - "Ninevia"
  • Rima Qaribyan - "Açıq Sərhədlər"
  • Qari Augst - Gürcüstan Almanlar Birliyi "Ainung"
  • Qarold Şmaltsel - Gürcüstanın Çex İcması "Zlata Praqa"
  • Lili Səfərova - Qadın Hüquqları İcma Təşəbbüsü
  • Əli Əliyev - Avar Birliyi "Avani"
  • Nona Xangoşvili - "Pankisinin Rifahı Üçün" İcma Birliyi
  • Aleksey Baxoldin - Beynəlxalq "Siabri" Belarus Birliyi
  • Zarixa Xanqoşvili - Pankisi Gənc Kist Qadınlar Birliyi "Marşuo"
  • Yevgeniya Kotanid - Gürcüstan yunan Federasiyası
  • Fərhad Musaev - İslahatlara və İnkişafa Dəstək üçün Gürcüstan Azərbaycanlıları Birliyi
  • Naira Bepiev - Beynəlxalq "Qafqaz Mozaikası" Cəmiyyəti
  • Boris Sinyuk - Gürcüstan ukraynalılarının "Dnepr" icması
  • Mixeil Boris - Gürcüstan Ukraynalılar Birliyi
  • Regina Yakobidze - Gürcüstanın "Ave-Sol" Latviya icması
  • Genrix Muradyan - Gürcüstan Erməniləri Birliyi
  • Mixeil Avakyani - "Sən" Dərnəyi
  • Marine Solomonishvili - Beynəlxalq Yəhudi Qadınları Fondu "Lea"
  • Mariya Filina - "Poloniya" Birliyi
  • Marqalita Xidirbeqişvili - Beynəlxalq Gürcüstan Sülh və Ətraf Mühit üçün
  • Əli Məmmədov - Vətəndaş Cəmiyyətinin İnkişafı İnstitutu Kvemo Kartli
  • Qiorqi Tumasyan - Sülh Fondu
  • Mixeil Aydınov - Rus Dilli Jurnalistlər Birliyi
  • Səbinə Talıbova - "Göyərçin" Birliyi
  • Venera Martkoplişvili - Kaxeti Roma Birliyi "Roma"
  • Beka Neşumaşvili - "Udi"
  • David Adamov - Gürcüstanın Assuriya Milli Konqresi
  • Aleksandr Bejentsev - Gürcüstan Beynəlxalq Gənclər Birliyi
  • Alla Bejentseva - Gürcüstanın Rusiya Qadınlar Birliyi "Yaroslavna"
  • Raina Axalkatsişvili / Beleva - Gürcüstanın bolqar icması
  • Eter Topçiaşvili / Qiqineishvili - "Keşer" Layihəsi
  • Arnold Stefanian - "Çoxmillətli Gürcüstan" Ümumi Vətəndaş Hərəkatı
  • Aqit Mirzoev - Məşğulluq və İnkişaf Mərkəzi
  • Zaur Qumaşvili - Pankisi Dərəsi Ağsaqqallar Birliyi
iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)