Yeni xəbərlər

Xalq Müdafiəçisi Marneuli Bələdiyyəsinin Sadaxlı və Xıxanı kəndlərində olub

29 iyul 2025-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Sadaxlo kəndinin əhalisi və Marneuli Bələdiyyəsinin Xıxanı kəndində məskunlaşmış ekomiqrantlarla görüşüb.

Sadaxlı əhalisinin dediyinə görə, onların əsas problemi suvarma sistemlərinin nasazlığı və yanğınsöndürmə-xilasetmə xidmətinə olan məsafədir.

Xıxanıda məskunlaşmış 80 ekomiqrant ailəsi əsasən sosial cəhətdən həssasdır. İllərdir ki, torpaqlarını, evlərini rəsmiləşdirə bilmirlər; həm də yerli özünüidarədən bələdiyyə nəqliyyatının artırılmasını tələb edirlər.

Xalq müdafiəçisi Gürcüstanın regionlarına səfərini davam etdirir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)