Yeni xəbərlər

Gürcüstan Parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin, Gender Bərabərliyi və Uşaq Hüquqlarının Müdafiəsi Daimi Parlament Şuralarının nümayəndələri ilə işgüzar görüş

27 dekabr 2022-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Ofisi Gürcüstan Parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin, Gender Bərabərliyi Daimi Parlament Şurasının və Uşaq Problemləri üzrə Hüquqların Müdafiəsi Daimi Parlament Şurasının nümayəndələri ilə işgüzar görüş keçirmişdir.

İşçi iclasda Gürcüstanın Xalq Müdafiəçisi vəzifəsini icra edən Tamar Qvaramadze Xalq Müdafiəçisinin səlahiyyətləri və fəaliyyət xüsusiyyətlərindən danışıb, həmçinin 2020-2022-ci illər üçün ofisin hazırladığı xüsusi hesabatlar barədə iştirakçılara məlumat verib.

Gürcüstan Parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Mixeil Sarjveladze insan hüquqlarının müdafiəsini yaxşılaşdırmaq üçün gələcəkdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)