Yeni xəbərlər

Ermənistan Respublikasının Gürcüstandakı səfiri ilə görüş

28 noyabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Ermənistan Respublikasının Gürcüstandakı səfiri Aşot Smbatyanla görüşüb.

Təqdimat iclasında Levan İoseliani səfiri Xalq Müdafiəçisi Aparatının mandatı, fəaliyyəti və prioritetləri ilə tanış edib. Onlar Xalq Müdafiəçisi yanında Etnik Azlıqlar Şurasının işinin xüsusiyyətlərindən, etnik erməni əhalinin ölkəyə inteqrasiyası, qərarların qəbulu prosesində özünüidarəetmə fəaliyyətinə cəlb edilməsi məsələlərindən danışıblar.

Tərəflər Gürcüstan və Ermənistanda insan hüquqlarının müdafiəsinin vəziyyətini müzakirə edib və gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)