Yeni xəbərlər

Bərabərlik həftəsi

15-24 noyabr 2021-ci il tarixlərində Gürcüstanda bərabərliyin əhəmiyyəti və ayrı-seçkiliklə mübarizə üçün hüquqi mexanizmlər haqqında ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə Bərabərlik Həftəsi keçirilib. Xalq Müdafiəçisi aparatı artıq üçüncü ildir ki, Bərabərlik həftəsinə qoşulur. Tədbir çərçivəsində Xalq Müdafiəçisi Aparatının Şərqi Gürcüstan Bölməsi və Bərabərlik Departamentinin əməkdaşları Tbilisi və Gürcüstanın 5 regionunda (Kaxeti, Mtsxeta-Mtianeti, Şida Kartli, Samtsxe-Cavaxeti və Kvemo Kartli) yaşayan tələbə, şagird, müəllim və gənclərlə 30 məlumat xarakterli görüş keçirib.

Xalq müdafiəçisinin nümayəndələri görüş iştirakçılarına ayrı-seçkiliyin formaları, ölkədə qüvvədə olan qaydalar və hüquqların müdafiəsi mexanizmləri ilə tanış olublar. Qeyd edək ki, etnik azlıqların yaşadığı bölgələrdə görüşlər etnik azlıqların dilində keçirilirdi.

Xalq Müdafiəçisi Aparatı insan hüquqları sahəsində maarifləndirmə məqsədilə müxtəlif hədəf qrupları ilə məlumat xarakterli görüşləri fəal şəkildə həyata keçirir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
telefon: 291 38 14 qaynar xətt: 1481 (24/7)