Yeni xəbərlər

VIII sinifdə “Vətəndaşlıq” fənninin tədrisinin saatlıq yükü ilə bağlı təklif

2023-cü il avqustun 11-də Gürcüstanın Xalq Müdafiəçisi VIII sinifdə “Vətəndaşlıq” fənninin tədris yükünün artırılması təklifi ilə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə müraciət edib.

Məsələnin araşdırılması çərçivəsində milli kurikulumun təhlili zamanı məlum olub ki, səkkizinci sinif şagirdləri üçün bu fənnin tədrisinə hər həftə cəmi bir saat vaxt ayrılır.

Bu baxımdan Avropa təcrübəsinin öyrənilməsi zamanı müəyyən edilmişdir ki, bu dərs yükü fənnin məqsədlərinə çatmaq üçün uyğun deyil və bu ümumi təhsilin milli məqsədlərinin reallaşmasına mənfi təsir göstərir.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)