Departament haqqında

Gender Departamenti haqqda

Gürcüstanın Xalq Müdafiəçisinin Gender Departamenti 2013-cü il mayın 15-də yaradılıb. Departamentin yaradılması Uşaq və Qadın Hüquqlarını Müdafiə Mərkəzinin 2001-ci ildən bəri həyata keçirdiyi fəaliyyətə əsaslanır. Departament Gürcüstan Konstitusiyasını, müvafiq beynəlxalq konvensiya və müqavilələri, “Gürcüstanın Xalq Müdafiəçisi haqqında” Gürcüstan Orqanik Qanununu, “Gürcüstanın Xalq Müdafiəçisi Aparatının Əsasnaməsini” və Gürcüstanın gender bərabərliyi sahəsində qüvvədə olan qanunvericiliyini rəhbər tutur.

Departamentin məqsədi gender bərabərliyi sahəsində insan hüquq və azadlıqlarının qorunmasına nəzarət etmək, Gürcüstan Xalq Müdafiəçisin insan hüquqları ilə bağlı müntəzəm fəaliyyətlərində gender bərabərliyi məsələlərinin inteqrasiyasına kömək etmək və Gürcüstanda gender bərabərliyini gücləndirmək üçün ictimaiyyətin məlumatlılığını artırmaqdır.

Departamentin vəzifələri:

  • Gürcüstanda gender bərabərliyinin qorunması sahəsində milli və beynəlxalq aktların icra olunmasına nəzarət;
  • İnsan hüquq və azadlıqlarının qorunması üçün dövlət zəmanətlərinin verilməsinə nəzarət;
  • Gender identliyi ve cinsi oriyentasiya daxil olmaqla gender əsaslı huquq pozulması faktlarının araşdırmaq və reaksiya göstərmək;
  • Xalq Müdafiəçisi Aparatına təqdim edilmiş gender bərabərliyi məsələsinin pozulması ilə əlaqədar ərizə / şikayətlərin araşdırılması və müvafiq nəticələrin / tövsiyələrin / təkliflərin layihələrinin hazırlanması;
  • Gürcüstanda və xaricdə gender bərabərliyi sahəsində fəaliyyət göstərən dövlət və ya qeyri-hökümət orqanlarının və təşkilatların fəaliyyətlərini və təcrübələrini ümumiləşdirmək və Gürcüstanda tətbiqini təşkil etmək;
  • Gender bərabərliyini gücləndirmək üçün tədqiqat komponenti və məlumatlılığın artırılması.

Departament tərəfindən göstərilən xidmət maraqlanan şəxslər üçün pulsuzdur. Ərizələr Gürcüstan Xalq Müdafiəçisi Aparatının Vətəndaşların Qəbulu Departamentində qəbul olunur.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)