Tövsiyələr

Peyvənd prosesi haqqında məlumat toplantısı

Gürcüstanın Xalq Müdafiəçisi Aparatı ümumdünya peyvənd prosesini dəstəkləyir və peyvənd üzrə qurumlararası koordinasiya şurasının üzvü olmaq da daxil olmaqla ölkə üçün mühüm tədbirlərin həyata keçirilməsi üçün dövlət qurumları ilə sıx əməkdaşlıq edir.

Peyvəndləmə prosesini asanlaşdırmaq üçün 9 iyul 2021-ci ildə Xalq Müdafiəçisi Aparatı, Xalq Müdafiəçisində mövcud olan Etnik Azlıqlar Şurasının üzvləri və Səhiyyə Nazirliyi və Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzin nümayəndələri ilə məlumatlandırma görüşü təşkil etdi. İclasda Etnik Azlıqlar Şurasının üzvlərinə aşılamanın gedişi və əhəmiyyəti barədə məlumat verildi.

Gürcüstanın Xalq Müdafiəçisi bir daha Gürcüstan əhalisini sağlamlıqlarına və hətta yaxınlarının həyatına qayğı göstərməyə və ümumdünya peyvənd prosesində fəal iştirak etməyə çağırır.

Peyvənd bizi xilas edəcək!

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)