Yeniliklər

Azərbaycanlı bloggerin ölümü ilə əlaqədar

Tiflisdə yaşayan azərbaycanlı blogger Hüseyn Bakıxanovun ölümü ilə əlaqədar olaraq Gürcüstanın Xalq Müdafiəçisi Aparatı bildirir ki, Bakıxanov iki dəfə Xalq Müdafiəçisi ilə əlaqə saxlayıb. İlk dəfə bu ilin iyun ayında ona beynəlxalq müdafiə statusu almaq prosedurları, habelə bu cür hallarda fiziki şəxslərə pulsuz hüquqi yardım göstərən təşkilatlar izah edildi.

İkinci ünsiyyət 14 iyul - ölüm günündə baş verdi. Söhbət bloggerə qarşı zorakılıq faktı üzərində quruldu və bu halda da Xalq Müdafiəçisi Aparatı hüquqi yardım təşkilatlarının əlaqə məlumatlarını paylaşdı, həmçinin Aparatın səlahiyyətlərini izah etdi və hüquq -mühafizə orqanları tərəfindən hüquqlarının pozulması halında ərizəylə müraciət edə biləcəyini təklif etdi.

Xalq Müdafiəçisi Aparatı Hüseyn Bakıxanovun ölümü ilə bağlı işi öyrənməyə başlayıb.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)