Yeniliklər

Xalq Müdafiəçisi DİN-i Namaxvani SES-in etirazçılarına qarşı güc tətbiq etməməyə çağırır

Xalq Müdafiəçisi bir daha Namaxvani SES layihəsi ilə bağlı hazırkı hadisələrə cavab verir və Daxili İşlər Nazirliyini yığıncaq iştirakçılarının konstitusiya hüquqlarının həyata keçirilməsinə müdaxilə etməməyə çağırır.

Dünən, 3 aprel, Rioni dərəsində, səfərbər olunan polis qüvvəsinin müşayiəti ilə şirkət nümayəndələri, əhalinin etiraz etdiyi Namaxvani SES-in inşasına hazırlıqlarını yenidən davam etdirdilər. Xalq Müdafiəçisinin nümayəndəsi gün ərzində yerində idi. Polis etiraz nöqtəsinə qədər gedən yolu hər iki tərəfdən bağladı, buna görə mitinqə daha çox tərəfdarın qoşulmaq üçün toplanması mümkünsüz oldu. Bundan əlavə, dərədə rabitə siqnalını boğma avadanlığının quraşdırıldığı, dərədəki cari hadisələr barədə məlumatların vaxtında alınmasının qarşısını aldığı məlumatı yayılırdı. Mitinqin 2 iştirakçısı saxlanıldı və mitinqə qatıla bilməyənlər sözdə Komendant saatını pozduğuna görə 2000-2000 lariylə cərimələndilər.

Vurğulanaraq qeyd edilməlidir ki, baxılan halda vətəndaşlar hərəkətin məhdudlaşdırılması səbəbindən praktik olaraq yığınacaqda iştirak etmək imkanlarından məhrum edilmişdir, lakin Gürcüstan Daxili İşlər Nazirliyi qarşısını almaq üçün hüquqlara müdaxilə etdiyi həqiqi və ani təhlükələr haqqında əsaslandırılmış məlumatlar yaymamışdır. Bu, xüsusilə o şərtlərdə vacibdir nə vaxt ki, dinc yığıncağın keçiriləcəyi haqqında əvvəlcədən elan edilmişdir və onun iştirakçıları zorakılıq niyyətləri göstərmirdilər. Həmçinin toplaşmaqlarının və yerində qalmaqlarının məqsədi mitinqə qoşulmaq olan və özlərindən asılı olmayan səbəblərə görə istədikləri əraziyə girə bilməyən şəxsləri cərimələndirmək toplaşmaq azadlığına müdaxilə kimi qiymətləndirilməlidir . Bu, pandemiyanın yayılmasının qarşısını almaq üçün tətbiq olunan məhdudların vətəndaşların etirazlarına qarşı istifadə ediləsi şübhələrini artırır ki, bu da qəbuledilməz bir təcrübədir.

Ayrıca, siqnal basdırma aparatının istifadəsi ifadə etmə və məlumatın yayılması üçün bir maneə halına gəldi və bu yolla bəhs edilən konstitusiya hüquqlarına müdaxilə edildi.

Bu gün yayılan məlumatlara görə, yol hələ də bağlıdır, polis yerindəcə səfərbər edilir və su topu maşını dayanır. Xalq Müdafiəçisinin nümayəndəsi bu gün də elan olunmuş mitinqin gedişini izləyəcək. Aparat məsələni araşdırmağa davam edir.

Xalq Müdafiəçisi çağırış edir:

  • Daxili İşlər Nazirliyi vəziyyəti süni şəkildə gərginləşdirməkdən çəkinməli, Namaxvani kəndi istiqamətində hərəkətin bərpa olunmasını təmin etməli, əhaliyə mövcud hadisələr barədə məlumat verilməməsi üçün siqnal söndürmə vasitələrindən və ya digər vasitələrdən istifadə etməməlidir hansı ki, əhalinin cari hadisələr haqqında məlumatlandırılmasına maneçilik törədir, qarşıdurma risklərini aradan qaldırmaq məqsədi ilə mitinqin iştirakçılarıyla danışıqlar aparsın və onlara qarşı güc tətbiq etməsin.
  • Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Naziri, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziri, Namaxvan SES-in layihəsiylə əlaqəli, bir fikir birliyinə gəlməzdən əvvəl, yerli sakinlərlə, peşəkar qruplarla və ekspertlərlə kütləvi informasiya vasitələri daxil olmaqla ictimai, işgüzar və nəticə yönümlü dialoq aparsın.
  • Gürcüstan Hökumətinin konsensus əldə olunana qədər davam edən tikinti / hazırlıq işlərini dayandırmasını təmin etməsini.
iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)